18 may 12:55Oxunub: 412 |

500 adam əfv ediləcək- ONLAR ARASINDA "ÖMÜRLÜKLƏR" DƏ VAR

500 adam əfv ediləcək- ONLAR ARASINDA "ÖMÜRLÜKLƏR" DƏ VAR
Gələn həftə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq. Artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb.

Komissiyadan verilən məlumata görə, bir neçə aydır davam edən iclaslarda 1500-dən artıq müraciətə baxılıb. Həmin müraciətlərin böyük əksəriyyəti barədə müsbət qərar qəbul olunsa da bu sərəncamın 500-dək məhkuma şamil olunacağı bildirilir.

Emtv.az-ın yerli mətbuata istinadən xəbərinə görə, əfv sərəncamında bir neçə siyasi məhbusun da azadlığa çıxacağı gözlənilir.

Həmçinin, bu dəfəki əfvi digərlərindən fərqləndirən daha bir yenilik isə sərəncamın bəzi ömürlük məhkumlara da şamil ediləcəyi barədədir. Bilgilərə görə, cəzasının 16 ilindən çox çəkən “ömürlüklər”in cəzası endiriəcək.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1247
XƏBƏR LENTİ

Reklam
Məzənnə