18 may 12:34Oxunub: 460 |

Prezident 13 naziri işdən çıxartdı - SİYAHI

Prezident 13 naziri işdən çıxartdı - SİYAHI
Rusiya Prezidenti Vladimir Putini yeni hökumətin tərkibini təsdiq edib.

Putin bu barədə qərarı Baş nazir Dmitri Medvedyevlə görüşdən sonra qəbul edib. Yeni hökumətin tərkibində əksər vəzifələrin rəhbərləri dəyişməz qalıb. Bir müddət əvvəl gedəcəyi proqnozlaşdırılan Xarici İşlər naziri Sergey Lavrov da yeni hökumətin tərkibində əvvəlki vəzifəsində yer alıb.


Yeni hökumətin tərkibində əvvəlki tərkibdə olan 13 nəfər yer almayıb. Vəzifəsini dəyişənlər sırasında Baş nazirin müavini Arkadiy Dvorkoviç, Dmitri Roqozin, İqor Şuvalov və digərləri yer alıb.

***

Rusiya Prezidenti Vladimir Putinin təsdiqlədiyi yeni kabinetin tərkibində bu nazirlərə vəzifə verilməyib:

1. Aleksandr Tkaçev – Kənd Təsərüffatı nazir;

2. Mixail Men – Tikiti naziri;

3. Nikolay Nikiforov – Rabitə naziri;

4. Vladimir Puçkov – Fövqəladə Hallar naziri;

5. Aleksandr Xloponin – Baş nazirin müavini;

6. Sergey Donskoy - Təbii Sərvətlər naziri;

7. Maksim Sokolov – Nəqliyyat naziri;

8. Aleksandr Qaluşka – Uzaq Şərqin İnkişafı naziri;

9. Lev Kuznetsov – Şimali Qafqazın İnkişafı naziri;

10. Dmitri Roqozin – Baş nazirin müavini;

11. İqor Şuvalov – Baş nazirin müavini;

12. Arkadi Dvorkoviç – Baş nazirin müavini;

13. Mixail Abızov – Açıq Cəmiyyət Məsələləri üzrə nazir.


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1238
XƏBƏR LENTİ

Reklam
Məzənnə