SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda xizək mərkəzi fəaliyyətə başlayacaq

17-05-2018, 13:31 | Oxunub: 1955 |

Naxçıvanda xizək mərkəzi fəaliyyətə başlayacaq
Şahbuz rayonunun Ağbulaq kəndində geniş quruculuq işləri aparılır.

Emtv.az naxçıvantv.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən aparılan quruculuq işlərində kəndin infrastrukturu tamamilə yenilənir. Məqsəd kənddə turizmin imkanlarını genişləndirməkdir.

Ağbulaqda 2013-cü ildən xarici və yerli turistlər üçün istirahət mərkəzi istifadəyə verilib. Yaxın günlərdə istirahət mərkəzinin ərazisində xizək mərkəzi də inşa ediləcək. Xizək mərkəzi bu ilin sonundan fəaliyyətə başlayacaq. Bundan əlavə mərkəzin ərazisində dağların yamaclarında yeni istirahət yerlərinin yaradılması da nəzərdə tutulub.


Ağbulaq sakinləri də kənd turizminin inkişafında maraqlıdırlar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR