17 may 13:11Oxunub: 392 |

Moskvada ermənilər kütləvi şəkildə həbs edilir

Moskvada ermənilər kütləvi şəkildə həbs edilir
Yerevandakı “məxməri inqilab” günlərində bir neçə yüz erməni Moskvadakı Ermənistan səfirliyinin qarşısına etiraz aksiyasına çıxıblar. Polisin müdaxiləsindən sonra 100-dən çox erməni gənc həbs olunub.

“Həmin günlərdə yüzdən çox gənc əvvəlcə məhkəmə zalında polis nəzarətinə düşdülər, sonradan isə hamı tərəfindən unuduldular – onlara ehtiyac qalmadı. Sanki artıq aktual deyildi, həm də başağrısıdır. Nəticədə, bu gün onların taleyi ilə tək-tük adam maraqlanır”, – bunu “Ermənistanın səsi” qəzetinə ARMROSS Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının başçısı Ruben Kirakosyan deyib.

Onun sözlərinə görə, Ermənistan paytaxtında bayramdır, tarixi hadisədir, vətəndaş özünüdərkinin və milli qürurun oyanışıdır.

“Rusiyanın – Ermənistanın müttəfiqinin paytaxtında isə həmin vaxt nəzərə çarpmadan, sonsuz axınla kütləvi məhkəmə prosesləri keçirilir və burada həmin tarixi günlərin hadisələrinə görə gənclər müxtəlif səviyyədə məsuliyyətə cəlb olunurlar”, – o bildirib.

Kirakosyanın sözlərinə əsasən, bu gün Rusiyada Ermənistan vətəndaşları nə qanunla, nə cəmiyyət, nə də dövlət tərəfindən müdafiə olunmurlar və hüquqi nöqteyi-nəzərdən alçalmış vəziyyətdədirlər.

“Beynəlxalq sazişlərlə Ermənistan vətəndaşlarının malik olduqarı hüquq və üstünlüklər əslində simvolik, sırf deklarativ xarakter daşıyır”, – o vurğulayıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 4230
XƏBƏR LENTİ

Reklam
Məzənnə