17 may 12:34Oxunub: 357 |

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar: Tramp Dövlət katibinə göstəriş verdi

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar: Tramp Dövlət katibinə göstəriş verdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə göstəriş verib. Yeni sanksiyalar orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı imzalanan müqavilənin şərtləri pozulduğu üçün tətbiq olunacaq.

Emtv.az xəbər verir ki, Donald Tramp bununla bağlı artıq ABŞ Dövlət katibi Mayk Pompeyə göstəriş verib.

Ağ Evin yaydığı məlumata görə, Rusiya orta və yaxın məsafəyə uçan raketlərin ləğv edilməsi ilə bağlı Moskva müqaviləsinin şərtlərinin pozduğu üçün bu ölkəyə yeni sanksiyalar tətbiq ediləcək.

Pompeo Rusiya qarşı yeni sanksiyaların hazırlanması üçün maliyyə, müdafiə, ticarət nazirlikləri və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə birgə işləməlidir.

Bu, Konqresin 2018-ci ilin hərbi büdcəsində nəzərə alınıb. Konqres Trampdan rusiyalı məmurların Moskva müqaviləsinin şərtlərini pozması haqqında məruzə tələb edib. Hazırlanacaq məruzədə sanksiyaları şərtləndirən amillərdə öz əksini tapmalıdır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 3482
XƏBƏR LENTİ

Reklam
Məzənnə