16 may 13:41Oxunub: 188 |

Azərbaycanda qadağan edilmiş 18+ tamaşa yenidən göstərildi - FOTO

Azərbaycanda qadağan edilmiş 18+ tamaşa yenidən göstərildi - FOTO
İlk müstəqil teatr ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı uzun zamandan sonra təkrar nümayiş etdirib.


Emtv.az axşam.az-a istinadən xəbər verir ki, "MimOda" bu dəfə də maraqla qarşılanıb. Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur. Səhnə əsərində fotoları isə fotoqraf Babek Hasanov çəkib.


İdeyası ADO-ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və teatr mühitində birmənalı qarşılanmamışdır. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayandırılmışdı. Tamaşa iki evsiz insanın sevgisindən bəhs edir. Onlar düşünürlər ki, sevginin dili yoxdur. Ancaq dil işə düşəndə hadisələr dəyişir...

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 4230
XƏBƏR LENTİ

Reklam
Məzənnə