SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Polis oğlu qovulan təhsil şefinin başçıya verdiyi 100 min batdı – Təfsilat

15-05-2018, 15:01 | Oxunub: 9 288 |

Polis oğlu qovulan təhsil şefinin başçıya verdiyi 100 min batdı – Təfsilat
Beyləqanda polis oğul və təhsil müdiri olan ana üçün il heç də yaxşı başlamadı.

Emtv.az-ın yerli KİV-ə istinadən xəbərinə görə, rayon təhsil şöbəsi direktoru Xuraman Rüstəmova vəzifəsini itirmək üzrədir.

Onun polis oğlu Tural Əliyevin həmkarını bıçaqlaması faktı isə polis orqanlarından azad olunması ilə nəticələnib.

X.Rüstəmovanın bu vəzifəyə gəlmək üçün rayonun icra başçısına 100 min manat verdiyi iddia edilirdi. Həmin pulların isə müəllimlərdən toplandığını deyilirdi.

Ancaq təhsil naziri Ceyhun Bayramov məsələlərdən xəbər tutub. Ona təqdim olunan arayışda Beyləqanda yeni təhsil müdiri ehtiyacı olduğu üstüörtülü vurğulanıb.

X.Rüstəmova bu vəzifəyə təyin olunduğu gündən rayonun təhsil şöbəsində ciddi problemlər baş qaldırmışdı.

100.000 manat qarşılığında Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru Xuraman Rüstəmova təhsil şöbəsinə müdir təyin olunmuşdu.

İcra başçısı Vaqif Abdullayev bu işdən böyük qazancla çıxmışdı. Xanım təhsil müdiri isə verdiyi pulun heç mayasını çıxara bilməyib.

Mətbuata etibarlı mənbədən daxil olan məlumatda isə bildirilir ki, keçən həftədən başlayaraq Beyləqan rayonu üzrə məktəblərdə yaşı keçmiş və müqavilə ilə işləyən müəllimələrin sənədləri toplanaraq təhsil idarəsinə gətirilib.


Aparılan araşdırma zamanı məlum olub ki, yaşı keçmiş müəllimlər arasında 3 direktor, 2 direktor müavini mövcuddur.

Bununla yanaşı, Beyləqan məktəblərində 200-dən çox müqavilə ilə işləyən müəllim olduğu aydınlaşıb.

Mənbə qeyd edir ki, Xuraman Rüstəmova direktorların hər birindən işlərində qalması üçün 3000 manat, müavinlərdən 1000 manat və 200 müəllimin hərəsindən isə 500 manat məbləğində rüşvət tələb edərək, onların maneəsiz işləməsinə izin verəcəyini qeyd edib.


Bir müddət öncə xidməti vəzifəsini yerinə yetirərkən iş yoldaşını bıçaqlayan Beyləqan DYP-nin işçisi Tural Əliyev polis orqanlarından qovulub. Bu barədə Milliyol-a daxil olan məlumatda vurğulanır.

Xidməti vəzifəsini yerinə yetirərkən, aralarında baş vermiş söz-söhbətə görə DYP-nin işçisi Namiq Zeynalova bıçaqla zərbə endirən Xuraman Rüstəmovanın oğlu Tural Əliyevlə bağlı məsələyə son qoyulub.

Belə ki, iş yoldaşını bıçaqlayan Tural Əliyev bir neçə gün öncə polis orqanları sıralarından qovulub.

Məsələni araşdırmaq üçün Beyləqan rayon Polis idarəsinə Daxili İşlər Nazirliyindən gələn yoxlama heyyəti apardıqları araşdırmada Təhsil şöbəsi müdirinin oğlu Tural Əliyevin iş yoldaşı Namiq Zeynalovu həqiqətəndə bıçaqlanmasının üstünü açıblar.


Məlumata görə rayon təhsil şöbəis müdiri Xuraman Rüstəmova oğlunu polis orqanlarından xaric edilməsinin qarşısını almağa çalışsa da buna nail ola bilməyib.

Hətta Beyləqan icra başçısı Vaqif Abdullayevdə Tural Əliyevin polis sistemində qalması üçün hərəkətə keçsə də, DİN rəsmiləri ədalətli qərar verərək günahkarı cəzalandırıb.


Tofiq Sadıqovun bərbad günə saldığı və beyləqanlı uşaqların gələcəyini məhv etdiyi Beyləqan təhsilinin üzünə gün doğmur.

Tofiq Sadıqovun yerinə gələn Xuraman Rüstəmova sələfindən betər həkildə Beyləqan təhsilini məhv etməyə çalışır.

Xuraman Rüstəmova Beyləqan Təhsil şöbəsinin müdiri kürsüsünə əyləşir-əyləşməz ilk işi direktorlardan kütləvi şəkildə pul tələb etməsi olub.

Xanım müdirə bu tələbini Beyləqan Təhsil şöbəsinin müdiri vəzifəsini almaq üçün verdiyi rüşvətin yerini doldurmaqla əsaslandırır və bunu gizlətmir də.


Onu əvəzləyən H.Babayev də sələflərinin yolunu davam etdirir. Təhsil şöbəsinin müdiri məsələsində Beyləqanın bəxti heç gətirmir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR