SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Türkiyə İsrail səfirini ölkədən qovdu

15-05-2018, 13:47 | Oxunub: 842 |

Türkiyə İsrail səfirini ölkədən qovdu
İsrailin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.

Emtv.az-ın məlumatına görə, İsrail səfirindən Türkiyəni tərk etmək tələb olunub.

Xatırladaq ki, bu gün Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Ötən gün İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Son məlumata görə, qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR