SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanlı gömrükçülər yenə də fərqləniblər

14-05-2018, 15:47 | Oxunub: 10 542 |

Naxçıvanlı gömrükçülər yenə də fərqləniblər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 26-cı ildönümü münasibətilə ölkəmizin gömrük orqanları arasında təşkil olunan futzal çempionatına yekun vurulub.

Emtv.az naxcivantv.az-a istinadən xəbər verir ki, aprel ayının 12-də start götürən ənənəvi yarışda ümumilikdə 12 komanda mübarizə aparıb. Oyunlar Azərbaycan Texniki Universitetinin Bakı şəhərindəki idman sarayında keçirilib. Mübarizəyə ikinci mərhələdən qoşulan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası ““Azərterminalkompleks” Birliyi”, “Tovuz Gömrük İdarəsi” və “Sumqayıt Baş Gömrük İdarəsi” komandaları ilə birgə “B” qrupunda mübarizə aparıb. Müvafiq olaraq 9:3, 11:0 və 7:1 hesablı qələbələrlə qrupdan birinci çıxan komandamız yarımfinal görüşündə “Astara” Gömrük İdarəsi”ni 10: 1 hesabı ilə məğlub edib.

May ayının 10-da baş tutan final qarşılaşmasında “Naxçıvan” komandasının rəqibi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” olub. Naxçıvanlı gömrükçülər bu görüşdən də 4:3 hesabı ilə qalib kimi ayrılıblar.
Naxçıvanlı gömrükçülər yenə də fərqləniblər
Beləliklə, yarışda birinci yerə “Naxçıvan”, ikinci yerə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi”, üçüncü yer isə “Astara” komandaları çıxıblar.

Sonra komandaların və fərqlənən oyunçuların mükafatlandırılması mərasimi olub. “Naxçıvan” komandasının üzvlərindən Rahil Tahirli çempionatın “Ən yaxşı qapıçı”sı, final qarşılaşmasında dubl edən Orxan Məmmədov “Ən məhsuldar oyunçu” seçilib. Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası “Naxçıvan” futzalçılarından Ramazan Ağayevi “Ədalət prinsiplərinə sadiq idmançı” nominasiyası üzrə mükafatla təltif edib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov komissiyanın fəxri kobokuna layiq görülüb.

Naxçıvanlı gömrükçülər yenə də fərqləniblər


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR