SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada bir ayda 212 nəfər işlə təmin olunub

14-05-2018, 15:11 | Oxunub: 9 117 |

Muxtar respublikada bir ayda 212 nəfər işlə təmin olunub
Muxtar respublikada cari ilin aprel ayında keçirilən əmək yarmarkalarında 212 nəfər işlə təmin olunub.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, 2018-ci ilin aprel ayında keçirilən əmək yarmarkalarında 177-si özəl sektor olmaqla, 270 idarə, müəssisə və təşkilatdan 1753 boş iş yeri təqdim edilib. Boş iş yerlərindən 463-ü fəhlə, 1189-u qulluqçu, 101-i xidmət sahələrinə aid olub. Təqdim olunan boş iş yerlərindən 1442-si dövlət, 177-si qeyri-dövlət müəssisələrinin payına düşüb. Yarmarkalarda 212 nəfər, о cümlədən 134-ü dövlət, 78-i isə özəl sahədə işlə təmin olunub. Onlardan 206 nəfəri fəhlə, 6 nəfəri isə xidmət sahələrinə göndərilib. Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunmasına da ciddi önəm verilib. İşlə təmin olunanların 55 nəfərini 29 yaşadək gənclər, 5 nəfərini sağlamlıq imkanları məhdud olan şəxslər, 33 nəfərini isə qadınlar təşkil edib.

Əmək yarmarkalarında kənd xidmət mərkəzlərinin kadrlarla təmin olunması da diqqət mərkəzində saxlanılıb. Ümumilikdə, 6 nəfər kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində işlə təmin olunub.

Keçirilən əmək yarmarkalarının yekunlarının təhlili göstərir ki, Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 25, Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən 41, Babəkdən 27, Ordubaddan 26, Culfadan 31, Şahbuzdan 15, Kəngərlidən 35, Sədərəkdən isə 12 nəfər müxtəlifyönümlü işlərə göndərilib, ümumilikdə, 10 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Həmçinin Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən Bənəniyar, Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən Qarabağlar, Xok və Yurdçu kənd xidmət mərkəzlərində vakant olan yerləri kadrlarla təmin etmək üçün 4 nəfər bərbər-manikürçü kursuna cəlb olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR