SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda “Çirkli pulların yuyulmasına qarşı tədbirlər” mövzusunda təlim keçirilib

14-05-2018, 13:48 | Oxunub: 9 657 |

Naxçıvanda “Çirkli pulların yuyulmasına qarşı tədbirlər” mövzusunda təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublika üzrə İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən “Çirkli pulların yuyulmasına qarşı tədbirlər” mövzusunda təlim təşkil edilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank qurumlarının nümayəndələrinin iştirak etdiyi təlimdə çıxış edən Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çirkli pulların mahiyyəti, onların qanunsuz dövriyyəsinə qarşı bank qurumlarının vəzifələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təlimin məqsədi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank əməkdaşlarının çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri istiqamətində və mövcud beynəlxalq praktikaya əsasən biliklərin artırılmasından ibarətdir.

Narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri, saxtakarlıq, korrupsiya, rüşvət və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cinayət yolu ilə əldə edilmiş digər vəsaitlərin bank əməliyyatları vasitəsilə qanuni dövriyyəyə daxil edilməsinin iqtisadiyyata vurduğu zərərlər haqqında məlumat verən təlimçi bildirib ki, bütün dünyada olduğu kimi, hazırda ölkəmizdə də belə qanunsuz əməllərə qarşı sərt mübarizə aparılır.

Vurğulanıb ki, ölkəyə xarici investisiyanın cəlb olunmasında, onun investisiya reytinqinin və müsbət imicinin yüksəldilməsində çirkli pulların yuyulmasına qarşı aparılan mübarizənin mühüm əhəmiyyəti vardır. Respublikamızda qüvvədə olan “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, ölkəmizdə fəaliyyət göstərən banklar və Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidməti şübhəli əməliyyatların aşkar edilməsində mühüm rola malikdir. Bu baxımdan pul ödənişlərinin elektron formada aparılması belə hallara qarşı mübarizənin gücləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Təlimdə beynəlxalq aləmdə çirkli pulların yuyulması üzrə yaranan risklərin qiymətləndirilməsi, yüksək riskli müştərilər üzrə əməliyyatların üzə çıxarılması, qanunsuz hesab olunan qeyri-adi əməliyyatlar üzrə nümunələr, belə əməliyyatlara rast gəlindikdə onların icrasının dayandırılması və baş vermiş hallara görə yaranan məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verilib, təqdimatlarla bağlı diskussiyalar aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR