SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanın 135 yaşlı sənət ocağı

11-05-2018, 14:21 | Oxunub: 8 605 |

Naxçıvanın 135 yaşlı sənət ocağı
Bu gün-may ayının 11-i Naxçıvan teatrının yaranma günüdür.1883-cü ildə yaranan bu sənət ocağı Azərbaycanda və Şərqdə ikinci teatr sayılır.

Teatr-bu söz artıq 145 ildir ki Azərbaycan xalqının həyatına, mədəniyyəti, mənəvi dəyərlərı sırasına daxil olub. 1873-cü ildə tərəqqipərvər ziyalılarımız tərəfindən nəinki Yaxın Şərqi, bütün dünyanı heyrətə gətirən bir addım atıldı. Onlar ilk dəfə olaraq Azərbaycanda teatr yaratdılar. Hələ 1850-ci illərdə yazdığı 5 komediya ilə milli dramaturgiyamızın əsasını qoyan görkəmli ziyalımız Mirzə Fətəli Axundovun qələmə aldığı -1873-cü ilin martın 10 da oynanılan “Lənkəran xanının vəziri” komediyası ilə Azərbaycan teatrının əsası qoyuldu. Bundan sonra mədəniyyətimizdə və incəsənətimizdə yeni bir dövr - teatr erası başladı. Beləliklə, şərqin ilk peşəkar sənət ocağı-milli Azərbaycan teatrı yarandı. Azərbaycanda teatr hərəkatı elə bir vüsət aldı ki, az bir zamanda Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərləri hazırlanaraq tamaşaçılara təqdim edildi. Ölkədə teatr adlanan bir hərəkat düşüncələrdə, fikirlərdə mədəni inqilab etməyə başladı. Teatr insanların mənəvi- estetik zövqünə təsir etməklə bərabər ədəbiyyata da təsirsiz ötüşmədi. Yeni-yeni yazarlar- dramaturqlar meydana gəldi. Bu möhtəşəm hadisə doğma Naxçıvanımızı da əhatə elədi. 1883-cü ildə görkəmli maarifpərvər ziyalı Eynəli bəy Sultanovun rəhbərliyi ilə naxçıvanlı teatrsevərlər kiçik bir məkanda -Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri ilə Naxçıvan teatrının təməlini qoydular. Bu həvəskar teatrda isə Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Eynəli bəy Sultanovun əsərləri səhnə təcəssümü tapdı. Maraqlı burasıdır ki, Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah ” komediyası bu gün də Naxçıvan teatrının repertuarındadır.


Naxçıvan teatrı 1920- ci illərə qədər müstəqil həvəskar fəaliyyət göstərib. 1922-ci ildən isə ona Dövlət Teatrı statusu verilib. Teatr əvvəllər Mirzə Fətəli Axundovun adını daşıyıb. Sonralar isə , daha dəqiqi- 1965 ci ildən isə, bu teatrın yarandığı ilk illərdə çox gənc olmasına baxmayaraq onun təkmilləşməsində müstəsna rolu olan Cəlil Məmmədquluzadənin adı verilib. Naxçıvan teatrı öz repertuarına təkcə yerli yazarların deyil, dünya səviyyəli dramaturqların əsərlərini daxil edib. Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid , Səməd Vurğunla yanaşı Şekspir, Şiller, Molyer, Çexov kimi dahi ,dünyaca məşhur dramaturqların da əsərləri səhnəyə qoyulub. Digər maraqlı fakt isə odur ki, bu teatrın səhnəsində onlarla musiqili komediya, operettalar hazırlanıb. Məhz bu fəaliyyətinə görə Naxçıvan teatrına “Dövlət Musiqili Dram Teatrı” statusu verilib. Bütün bu uğurların arxasında isə bir fakt dayanırdı- güclü , peşəkar aktyor truppası. 19-cu əsrin sonları və 20-ci əsrin əvvələrindəki çətinliklər, sənət adamlarına ikrahla baxan bəzi bəsit şərq təfəkkürlü insanların yaratdığı problemlərə baxmayaraq Naxçıvan teatrının səhnəsində peşəkar, bu gün bütün Azərbaycanda tanınan aktyor və aktrisalar, rejissorlar yetişdi. Səməd Mövləvi, Kazım Ziya, Əli Xəlilov, Xədicə Qazıyeva, Miribrahim Həmzəyev, Zəroş Həmzəyeva, Firuzə Əlixanova, İsa Musayev, Əyyub Haqverdiyev, Sofya Hüseynova və nə qədər sənətkar bu teatrın səhnəsində öz sözünü deyib və gedib. Bu gediş isə səssiz –nəticəsiz olmayıb, onlar öz yerlərini teatrın indiki nəslinə estafet kimi ötürüb. Bugünkü peşəkarlar onların sənət ənənəsini davam etdirilər.

Tamaşaçıların zövqünü oxşayan əsərlərlə onların görüşünə gələn, insanlara gülüş, düşüncə, həss anlar yaşadan Naxçıvan teatrının 100 illik yubileyi 1987- ci ildə dövlət səviyyəsində təntənə ilə qeyd edilib. Bu münasibətlə teatrın sənət adamlarına yüksək fəxri adlar, dövlət mükafatları verilib. Bu yubileyə qədər Naxçıvan teatrı o zamankı Sovet İttifaqında öz sözünü deyən sənət ocağı idi. 1983-cü ildə Sofoklın “Elektra” tamaşası Mərkəzi televiziya ilə nümayiş olunmuş və həmin dövrdə tamaşaçıların sevgisini qazanan Naxçıvan teatrı tamaşaçı auditoriyasının çoxluğuna görə SSRİ kimi bir məkanda 3-cü yerə çıxmışdı. Təbii ki, bütün bu uğurların arxasında o zaman Azərbaycanda siyasi hakimiyyətdə olan ümummilli lider Heydər Əliyevin teatra, mədəniyyətimizə göstərdiyi sevgi və qayğı da danılmazdır. Çünki, hələ yeniyetməlik illərində Naxçıvan teatrına xüsusi rəğbəti olan ümummilli lider Heydər Əliyev etiraf edirdi ki, onun natiqlik ustalığında Naxçıvan teatrının və onun istedadlı sənətkarlarının çox böyük təsiri olub. Naxçıvan teatrı bir sənət məktəbidir. Burda yetişən və təcrübə keçən onlarla aktyor indi ölkə səviyyəsində müxtəlif mədəniyyət ocaqlarında Naxçıvanın teatr məktəbini uğurla təmsil edirlər. Bu teatr 135 il ərzində inadla və ciddi cəhdlə muxtar respublikada mədəni mühit yaratmaqla bərabər, səviyyəli tamaşaçı auditoriyası da qazanıb. Etiraf edək ki, Naxçıvanda fəaliyyət göstərən xalq teatrları bir zaman Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün əsaslı aktyor bazası sayılırdı.

Naxçıvan dövlət musiqili dram teatrının təsiri ilə böyüyən gənc nəslin nümayəndələri də özünü bu teatra həsr edib. O da faktdır ki, Naxçıvanda yaranan mədəni mühitin nəticəsi idi ki, 1989-cu ildə muxtar respublikada Kukla Teatrı yaradıldı. 1990-cı ildən ilk tamaşası ilə balaca tamaşaçıların görüşünə gələn bu teatr az bir zamanda bu sahədə uğurlara imza atdı. Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla teatrı təkcə ölkəmizdə deyil, Türkiyə, İran, Tacikistan da uğurla çıxışlar edərək beynəlxalq festivallarda layiqli yerlər qazanıb.

Teatr hamı üçündür. Onu hamı sevir və səhnəsindən təqdim edilən əsərlərə təkcə tamaşaçı kimi baxmır, həm də hadisələrin iştirakçısına çevrilir. Teatr bütöv bir nəsli tərbiyə edərək yetişdirib. Bu sənət məbədinə bağlı adamlar onu xalqın ən qiymətli dəyərləri ilə yan-yana qoyur. Məhz buna görə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi ölkə səviyyəsində qeyd edildi. 2012-ci ildə dövlət qayığısı ilə teatrın binası əsaslı şəkildə təmir edilərək dünya teatrlarının tələblərinə tam şəkildə uyğunlaşdırıldı. Naxçıvanda teatra göstərilən dövlət qayğısına daha bir misal 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin sərəncamı ilə Dövlət Uşaq Teatrının yaranmasıdır. Hazırda teatrın repertuarında 15 ə yaxın tamaşa var. Burdakı tamaşaların aktyorları adətən həvəskar uşaq-aktyorlardan seçilir. Onu da qeyd edək ki, bir zaman bu teatrın səhnəsində ilk kövrək addımlarını atan uşaqlardan bir neçəsi indi Naxçıvan Dövlət Musiqili Dram Teatrın tanınan aktyorlarıdır. Bu isə onu göstərir ki, Dövlət Uşaq Teatrı həm də böyük saydığımız Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün potensial aktyor bazası yetişdirir.

Bu gün Azərbaycan teatr aləminə özünə görə uğuru olan teatrlarımız , istər Naxçıvan Dövlət Musiqili Dram Teatrı, istər Kukla Teatrı, istərsə də Uşaq Teatrının aktyorları öz sələflərinə – ömür yolu bu səhnədən gəlib keçən aktyorlara , rejissorlara borcludur. Onlar isə özlərindən sonra möhkəm təməllər üzərində qurulan sənət ənənəsini qoruyan yeni nəsil aktyorlar və rejissorlar yetiriblər.

Teatr –bəzən beş hərfdən ibarət bu sözün arxasında bütöv bir dünya, canlı aləm, hisslər və emosıyalar, insanlar və talelər dayanır. Bəzən bu beş hərfdən ibarət söz bütöv bır millətin, xalqın varlığını, onun dünyagörüşünü, ən əsası mədəniyyətini əks etdirən bır göstərici olur. Təbii kı, bütün bunların arxasında insan- teatrın səhnəsinə can verən aktyor və aktrisa dayanır. Amma yenə də teatr aktyor və rejissorla fəaliyyət göstərsə də nəfəs aldığı varlıq onun tamaşaçısıdır. Aktyor üçün ən qiymətli hədiyyə də elə tamaşaçı alqışıdır. Bu gün baxdığımız hər tamaşadan sonra aktyorlarımızın ünvanına göndərilən alqışlar təkcə aktyor oyununa deyil, həm də böyük sənət məbədi olan teatra sevginin ,sayğının göstəricisidir. Teatrı heç vaxt unutmayaq.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR