SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İsrailin İranı vurması Qərb dünyasını böldü: ABŞ yeni sanksiyalar tətbiq etdi

11-05-2018, 11:50 | Oxunub: 8 161 |

İsrailin İranı vurması Qərb dünyasını böldü: ABŞ yeni sanksiyalar tətbiq etdi
ABŞ-ın İranla nüvə müqaviləsindən çəkilməsi Yaxın Şərqdə prosesləri yenidən qızışdırıb.

Emtv.az xəbər verir ki, Vaşinqtonun müttəfiqi İsrailin raketlərlə Suriyadakı İran hədəflərini vurmasından sonra, Birləşmiş Ştatlar rəsmi Tehrana yeni sanksiyalar tətbiq edib. İlk sanksiya paketi avqustun 6-da, ikincisi isə 4 noyabrda dövrəyə girəcək.

ABŞ Maliyyə naziri Stiven Mnuchin yeni sanksiyaların İran İnqilab Mühafizəçiləri ordusu ilə əlaqələri olan altı nəfəri və üç qurumu əhatə etdiyini söyləyib. Vaşinqtonun iddiasına görə, siyahıya salınanlar İnqilab Qvardiyasına milyonlarla dollar ötürən şəxslərdir. Sanksiyaların hədəfində olanların hamısı İran vətəndaşıdır, şirkətlər də İranda qeydiyyatdadır.

İran Mərkəzi Bankı da ittihamların mərkəzindədir. İttihamlara görə, İnqilab Keşikçiləri Ordusu bank vasitəsilə legal olmayan yollardan milyonlarla dollar vəsait əldə edirmiş.

ABŞ sanksiya qərarını müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə qəbul edib. BƏƏ, sanksiya siyahısındakı iranlılarla və şirkətlərlə iş görülməsini qadağan edib.

İran isə bu gün səhər rəsmi televiziya vasitəsilə İsraili hədəf aldıb. Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasami dünyanın İsrailə cəsarət verdiyini deyib. “İran İsrailin hücumlarını sərt şəkildə qınayır. Beynəlxalq ictimaiyyətin sükutu, İsrailə cəsarət verir.”

Nüvə müqaviləsinin tərəflərindən olan Almaniya, bu gün bir açıqlama edərək İranla ticarət edən şirkətlərə yardım etməyə hazır olduğunu bildirib. Almaniya İqtisadiyyat naziri Piter Altmaier bunları deyib. “Narahat olan bütün şirkətlərə mənfi nəticələri minimuma endirmək üçün kömək etməyə hazırıq.”

Tramp masadan qalxsa da, müqavilədə imzası olan ölkələr İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin mövcud rəsmi Tehranı müdafiə edib. Sözügedən ölkələr İranla müqavilənin davam etməsini istəyir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR