SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistanda yeni siyasi böhran yetişir – Paşinyana xəbərdarlıq edildi

10-05-2018, 13:52 | Oxunub: 10 304 |

Ermənistanda yeni siyasi böhran yetişir – Paşinyana xəbərdarlıq edildi
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan ölkənin yeni baş naziri Nikol Paşinyana gələcək fəaliyyətilə bağlı xəbərlıq edib.

Petrosyanın sözlərinə görə, parlamentdə mütləq çoxluğa malik Respublika partiyası bundan sonra hökumətin bütün qanunvericilik təşəbbüslərinə mane ola bilər. Son çıxışlarında partiyanın nümayəndələri bu niyyətlərini heç gizlətmirlər də.

“Son günlər bir çoxları hökumətlə parlament arasında formalaşan qeyri-adi vəziyyətə siyasi xarakteristika verməyə çalışır. Parlamentdəki çoxluq, yəni Respublika partiyası müxalifətə keçdiyini bəyan edib. İcra hakimiyyətinə isə azlığın hökuməti kimi baxılır. Bu reallığa qarşı Paşinyanın hökuməti nə edə bilər? İndiyədək Paşinyan ümumxalq itaətsizliyi və aksiyaların köməyilə öz iradəsini parlamentə sırıya bilirdi. Beynəlxalq birlik də bunu demokratik hal kimi anlayışla qarşılayırdı. Bəs Paşinyan bundan sonra da Ermənistan parlamentinə eyni metodla təsir edə biləckmi? Aydınıdır ki, yox. Çünki bu resurs artıq tükənib. Xalq hərəkatının lideri kimi öz iradəni parlamentə sırımaqla baş nazir statusunda bunu etmək tamam fərqli şeylərdir. Çünki ikinci halda bu cür iş stili beynəlxalq birlik tərəfindən qəbul olunmayacaq” – deyə Petrosyan bildirib.

Onun fikrincə, ölkə üçün olduqca təhlükəli olan bu vəziyyətdən çıxmağın yeganə yolu Seçki Məcəlləsində köklü dəyişikliklərdən sonra Ermənistanda növbədənkənar parlament seçkiləri keçirməkdir.


Qeyd edək ki, Paşinyanın “Vətəndaş müqaviləsi” ilə yanaşı parlamentdəki digər partiyalar da son illər Seçki Məcəlləsinin dəyişdirilməsinə çalışırlar. Əsas tələb deputatların majoritar yox, praporsional qaydada seçilməsidir. Çünki yalnız bununla parlamentdəki azlıqlar Respublika partiyasının mütləq çoxluq qazamasının qarşısını ala bilərlər. Lakin seçki qanunvericiliyində dəyişiklik edilməsinin əleyhinə olan Respublikaçılar partiyası bu məsələnin heç müzakirəyə çıxarılmasına da şərait yaratmırdılar. Görünən odur ki, Ermənistanı qarşıda daha bir siyasi böhran gözləyir – bu dəfə isə hakimiyyətin qolları arasında.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR