10 may 13:26Oxunub: 221 |

Nazirlik bələdiyyə sədrini 3000 manat cərimələdi

Nazirlik bələdiyyə sədrini 3000 manat cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

Faktla bağlı Sığırlı bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə