08 may 12:41Oxunub: 166 |

6 xarici vətəndaş Ermənistan-Azərbaycan sərhədini qanusuz keçib?

6 xarici vətəndaş Ermənistan-Azərbaycan sərhədini qanusuz keçib?
Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.

Ermənistan mətbuatı ötən gecə Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumat yayıb.

Erməni mətbuatı xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb. O, məsələ ilə bağlı daha təfsilatlı məlumatı qarşıdakı saatlarda açıqlayacağını bildirib. Bəzi erməni saytları sərhəddə saxlanılan şəxslərin "Azərbaycan tərəfdən keçdiyi” və onların "əsir götürüldüyü” iddiasını irəli sürüblər.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdik. Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı erməni tərəfinin iddiasının araşdırıldığını bildirdi. Bir müddət sonra isə sorğuya cavab olaraq mətbuat xidmətindən bildirildi ki, "nazirlikdə belə bir məlumat yoxdur”.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 4230
XƏBƏR LENTİ

Reklam
Məzənnə