07 may 14:40Oxunub: 718 |

Masaj salonunda gizli çəkiliş - qızlardan intim xidmət - VİDEO

Masaj salonunda gizli çəkiliş - qızlardan intim xidmət - VİDEO
ARB TV-nin"Günə Doğru”proqramındamasaj salonları ilə bağlı maraqlı sujet yayımlanıb.


Masaj salonları... Bu ad altında çıxılan min hoqqa. Mədəni istirahət adı altında dırnaqarası xüsusi xidmət təklif edən masaj salonlarının fəaliyyəti Millət vəkillərini də narahat edir.


Tahir Kərimli - Millət Vəkili:"Bəzi üzr isdiyirəm masaj salonları, gecə klubları var. Orda lazımsız hərəkətlər olur. Eşidirik. Bunlara çox ciddi nəzarət etmək lazımdır”.

Millət vəkillərinin gündəmə gətirdiyi məsələ ilə bağlı kiçik araşdırma apardıq. Ayaq basdığımız əksər masaj salonları normal çəkiliş aparmağımıza icazənin verməməsi şübhə doğura bilməzdi.


Məcburiyyət qarşısında qalıb, bildiyimiz üsulla həmin salonlardakı abu-havanı yoxlamaq qərarına gəldik.

Məsələ aydın oldu, masajçı xanımlar başqa xidmətlər də göstərirlər. Bu, məsəlin bir tərəfi. Digər tərəfdən masaj salonu adı altında hostel kimi də xidməti göstərən obyektlər varmış.

Cəlbedici olmayan bu məkanda xüsusi yataq yerləri hazırlanıb və köhnə peşə ilə bağlı xidmətlər təklif edilir.


Qanunla bu cür xidmətlər təklif edən və buna şərait yaradan obyekt sahiblərinə ciddi cəzalar nəzərdə tutulur.

Teymur Baloğlanov –Vəkil:"Cinayət Məcəlləsinin 243 və 244-cü maddələri var. 243-cü maddəyə əsasən fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur 244-cü maddəyə əsasən isə, əxlaqsızlıq yuvalarını təşkil etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Belə cür hallar həm də qanunvericilikdə insan alverinin predmenti kimi qəbul edilir. Bunun həm də mənəvi tərəfi var ki, millət vəkilləri qanunvericiliyi sərtləşdirməklə analoji faktları önləməyi təklif edirlər.




Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 917
XƏBƏR LENTİ

Reklam
Məzənnə