SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycanda kimsə qanuna uyğun işləsə gərək biznesini bağlasın” - Mikayıl Cabbarov (YENİLƏNİB)

4-05-2018, 14:50 | Oxunub: 12 649 |

“Azərbaycanda kimsə qanuna uyğun işləsə gərək biznesini bağlasın” - Mikayıl Cabbarov  (YENİLƏNİB)
Mikayıl Cabbarov: “Azərbaycanda kimsə qanuna uyğun işləsə gərək biznesini bağlasın”

Mətbuat vergilər naziri Mikayıl Cabbarovun ötən gün sahibkarlarla görüşündəki çıxışından yeni fraqmentləri yayıb.

Çıxışında nazir deyib ki, sahibkarların indiyədək vərdiş etdikləri iş üslubunu dəyişməsinin asan olmadığını nəzərə alır və bunun üçün 2018-ci ili yeni reallıqlara, yəni vergi şəffaflığının təmin olunmasına uyğunlaşmaq üçün “keçid ili” hesab edir.

"Başa düşürük ki, oturuşmuş biznes təcrübəsini, iş üsulunu bir günə dəyişmək mümkün deyil. Yəni hər bir müəssisəyə adaptasiya üçün vaxt lazımdır. Buna görə də açıq şəkildə deyirik ki, 2018-ci ilə keçid ili kimi baxmağa hazırıq. Amma bu keçid prosesi həqiqətən olmalıdır"-nazir deyib.

Mikayıl Cabbarovun sözlərinə görə, bu şansdan istifadə etməyən vergi ödəyicilərinə qarşı qanunun tələbinə uyğun tədbirlər görüləcək: "Vergi ödəyicisi deyə bilər ki, bəli, bu yolla getməyə hazırıq, siz bizə bu yolla getməyin yolunu göstərin və zəmanət verin ki, məni aldatmayacaqsınız. Biz bu sualları cavablandırmalıyıq. Amma vergi ödəyicisi həm də deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik, tuta bilirsinizsə, tutun. Bu da seçimdir. Fərq ondan ibarətdir ki, 2-ci qrupla danışmaq mənim və həmkarlarım üçün vaxt itkisidir. Əgər biznesmen bu seçimi adaptasiya ilə müqayisədə aşağı riskli hesab edirsə və deyirsə ki, mən dəyişməyəcəm, istədiyim kimi işləyəcəyəm, biz onu nəyəsə məcbur edə bilmirik. Amma nə vaxtsa qarşılaşacağıq. Bu zaman onunla fərdi qaydada vergi öhdəliyi və qanunvericiliyin tələbi barədə danışacağıq. Çünki qanun var”.

Nazir həmçinin deyib ki, vergi ödəyicilərinin fəaliyyətlərindəki çətinliklərin bir qismi qanunvericilik və inzibatçılıqla bağlıdır: “Biz vergi ödəyicilərinin müəyyən problemlərinin olduğunu bilirik və qəbul edirik ki, bu problemlərin müəyyən hissəsi inzibatçılıqdan, müəyyən hissəsi isə qanunvericilikdən irəli gəlir. Çətinlik həm də ondadır ki, hansısa sahədə fəaliyyət göstərən bütün şirkətlər eyni cür işləyir. Kimsə qanuna uyğun işləyən yeganə sahibkardırsa, onda gərək biznesini bağlasın. Bunu nəzərə alaraq Nazirlik ilk öncə holdinqlərə müraciət etdi. Çünkü holdinqlər iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun kifayət qədər böyük hissəsidir və ilkin mərhələdə onlarla bu müzakirələri aparıb böyük bir təbəqəni əhatə etmiş olarıq".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR