SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DÖVLƏT ƏLEYHİNƏ ÇIXIŞLARI MALİYYƏLƏŞDİRƏN EKS-NAZİRLƏR İFŞA OLUNUR-Faiq ƏHMƏDOVUN TƏQDİMATINDA-II-YAZI

4-05-2018, 14:37 | Oxunub: 10 548 |

5-6 ay məhkumluq həyatı yaşadıqdan sonra azadlığa buraxılan Səlim Müslümovun “Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları” adlı elmi işi, əslində Rusiya Federasiyasının Maliyyə Nazirliyində çalışan iqtisadiyyat elmləri doktoru, professor Leonid Şneidmanın elmi işinin plagiatıdır.
DÖVLƏT ƏLEYHİNƏ ÇIXIŞLARI MALİYYƏLƏŞDİRƏN EKS-NAZİRLƏR İFŞA OLUNUR-Faiq ƏHMƏDOVUN TƏQDİMATINDA-II-YAZI
(Əvvəli ötən yazıda)
...Bu xüsusda yayımlanan məlumatlarda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin “yoxa çıxdığı” aydın olub.

Hətta bəzi iddialara görə, mənimsənilən vəsaitin məbləği 2-2,5 milyard manata yaxındır.


Açıqlamalarda qeyd olunur ki, bu mənimsəmə faktı bir neçə ay əvvəl DSMF-də aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Düşünmək olar ki, Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir.

Ekspertlərin rəyinə görə, son illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ciddi artımların olmaması müntəzəm olaraq diqqəti cəlb edib. Belə ki, gəlirlərin artım tempinin ölkədə açılan yeni iş yerlərinin artım tempindən on dəfələrlə geri qaldığı bildirilir.

Fondun hesabatlarında sosial sığorta qeydiyyatına duranların sayında artım əksini tapsa da, gəlirlər arasında dövlət büdcəsindən ayrılan transfertlərin həcmində azalma qeydə alınmayıb. Əlbəttə, bütün bu iddia və ittihamlar hələ hüquqi müstəvidə öz təsdiqini tapmalıdır.

Digər tərəfdən isə, DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb.

Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb.

Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.

Bütün bu deyilənlərin fonunda isə, Səlim Müslümovun nazir vəzifəsindən kənarlaşdırıldıqdan dərhal sonra onun barəsində internet resurslarında müsbət rəy formalaşdırmağa istiqamətlənmiş məlumatların yer alması da diqqəti cəlb etməyə bilməz.

Belə təəssürat yaranır ki, sabiq nazir öz gələcək aqibətindən xəbərdar olduğu üçün müəyyən “qabaqlayıcı tədbirlər” görmək qərarına gəlib.

Eyni zamanda da bu tədbirlər radikal müxalifətlə münasibətlərin tənzimlənməsi məqsədini güdə bilər.


Məhz elə buna görə də “YouTube” servisində yerləşdirilmiş çıxışlarda ölkə rəhbərliyinin kadr siyasətinə qarşı yönəldilmiş aşkar tənqidi notlar hiss olunmaqdadır.

Bu arada belə bir məqamı da xatırlamaq yerinə düşər ki, Səlim Müslümovun adının dövlət vəsaitlərinin mənimsənilməsi məsələsində hallandırılması heç də ilk dəfə baş vermir.

Bu barədə mətbuatda yayımlanan məlumatlara görə, 2000-ci ildə Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışan Səlim Müslümov, o zaman Azərbaycan Əmanət Bankından (indiki Kapital Bank) milyonlarla pulun “yoxa çıxması” ilə əlaqədar həbs olunub. O dönəmdə Səlim Müslümovla birgə sözügedən bankın

Səbayel fililalının rəhbəri Bəşər Hacıyev da həbs edilmişdi. Məlumata görə, sözügedən maliyyə maxinasiyasına görə, Bəşər Hacıyev uzun müddətli həbsə göndərilib.

Səlim Müslümov isə, 5-6 ay məhkumluq həyatı yaşadıqdan sonra azadlığa buraxılıb.


Təbii ki, internetdə sabiq nazirin sifarişi ilə yayılan avtobioqrafik məlumatlarda bu məqamlar öz əksini tapmır.

Yeri gəlmişkən, Səlim Müslümovun “elmi nailiyyətlərini” şübhə altına alan açıqlamalara da həmin məlumatlarda rast gəlmək olmur.

Halbuki, kütləvi informasiya vasitələrində bu qaranlıq məqamla da bağlı kifayət qədər açıqlamalr yer almaqdadır.

Həmin açıqlamalara görə, Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə etmiş Səlim Müslümovun “Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları” adlı elmi işi, əslində Rusiya Federasiyasının Maliyyə Nazirliyində çalışan iqtisadiyyat elmləri doktoru, professor Leonid Şneidmanın elmi işinin plagiatıdır.

Bütün bu deyilənlər sabiq nazirin həyatında hələ çox saxtakarlıqların aşkar oluna biləcəyinə dəlalət edir.

Hazırladı: Faiq ƏHMƏDOV, "Azərbaycanın Səsi" İB-in sədri, "Müstəqil Lider" jurnalının baş redaktoru

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR