17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
“Naxçıvan-2018” davam edir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının dördüncü turuna start verilib.
Emtv.az naxcivantv.az-a istinadən xəbər verir ki, ən reytinqli şahmatçıların mübarizə apardığı “A” qrupunda maraqlı qarşılaşmalar var. 2,5 xallıq göstərici ilə qələbə uğrunda mübarizədə ən şanslı 8 şahmatçı arasında görüşlər keçirilir. Belə ki, Azərbaycan şahmatçılarından Eltac Səfərli ukraynalı Vitali Bernadskiyə, Nicat Məmmədov Almaniya təmsilçisi İqor Xenkinə, Fərid Abbaslı isə İsraildən İlia Smirinə qarşı oynayır. Naxçıvan şahmatçılarından beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev iranlı Mitra Hecazipura, beynəlxalq usta Toğrul Həsənzadə isə Seyidxan Purmusəviyə rəqib olub. Fide ustalarımız Pərviz Qasımov Nail Bəşirli ilə, Sadiq Məmmədov isə Məhəmməd Muradlı ilə qarşılaşıb. Sadiq və Urfan qələbə qazanacağı halda aktivlərindəki xal sayını 2,5-ə yüksəldəcəklər.
“B” qrupunda gərgin mübarizə davam edir. Naxçıvan şahmatçısı Sadiq Qarayev də daxil olmaqla, maksimum göstəriciyə malik Bakı, Xaçmaz, Quba və Ağdamdan olan 10 şahmatçı mövqeyini gücləndirmək niyyətindədir.
12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda muxtar respublika təmsilçilərindən Elçin Rza, Nazlı Hümbətova və İlkin Qəbulov 4-cü qələbə xalı üçün çalışırlar. Bakıdan 8, Gəncədən 2 şahmatçı da qələbə seriyasını davam etdirmək əzmindədir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə mayın 10-da yekun vurulacaq.
Emtv.az