SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı YENİLİK

4-05-2018, 14:03 | Oxunub: 10 022 |

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı YENİLİK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb. Emtv.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib. Belə ki, işçi qrupu müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsində neqativ hallara şərait yaradan amillərin aradan qaldırılması, ünvanlılığın artırılması üçün təkliflər hazırlayacaq. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi, ünvanlı dövlət sosial yardımının təyinatı prosesində şəffaflığın tam təmin edilməsi, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə də təkliflərin hazırlanması təmin olunacaq.



Hazırda dövlət sosial yardımı alan aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının reallaşdırılması və bununla onların dövlət sosial yardımı sistemindən asılılığının aradan qaldırılması, kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələrinə nail olunması da qarşıda duran vəzifələrdən biridir.



Bununla əlaqədar işçi qrupu VEMTAS vasitəsilə ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin potensial imkanları müqabilində özünüməşğulluq proqramına cəlb olunması, həmin ailələrin şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə aktiv şəkildə dəstək verilməsi, onların ünvanlı dövlət sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması ilə bağlı təkliflər də hazırlayacaq.



İşçi qrupu artıq ilk iclasını keçirib və qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı işçi qrupunun görəcəyi işlər geniş müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR