SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Suraxanı Rayon Məhkəməsinin hakimi çaşqınlıq içindədir.

4-05-2018, 13:09 | Oxunub: 19 549 |

Hakim Ceyhun Qədimov bu gün verdiyi qətnaməni bir müddət sonra ləğv edərək, iddiaçınınmı, yoxsa cavabdehinmi haqlı olduğuna qərar verə bilmir. Ola bilsin ki, hakimin bu çaşqınlığı hansısa korporativ maraqlar əsasında meydana gəlib...
Suraxanı Rayon Məhkəməsinin hakimi çaşqınlıq içindədir.

Emtv.az xəbər verir ki, əslində bu qərarsızlıq heç də işin mürəkkəbliyindən dolayı yaranmayıb.

Əksinə, məsələ o qədər sadə, mahiyyət etibarı ilə o dərəcədə bəsitdir ki, bir hakimin həmin prosesin gedişində bu qədər qanun pozuntusuna yol verməsi və üstəlik də son dərəcə ədalətsiz qərar qəbul etməsi hər kəsdə təəccüb doğurmaya bilməz.

İşin mahiyyətini isə, redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Mədinə Vəliyeva belə izah etmişdir.

Şikayətçinin sözlərinə görə, o, 2001-ci ildən vətəndaş Xalid Vəliyevlə ailə quraraq, qanuni nigaha girmişdir.

Bu nigahdan onların 13.01.2002-ci il və 14.01.2005-ci il tarixlərində iki qız övladları, Vəliyeva Fatimə Xalid qızı və Vəliyeva Sevinc Xalid qızı dünyaya gəlmişlər.

Son bir neçə ili Vəliyevlər ailəsi Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi 23/7 ünvanında yerləşən evdə (“həyət evi”) yaşayıblar. 23.05.2013-cü ildən isə, Mədinə Vəliyeva və qızları da həmin evə qeydiyyata düşüblər.

Təəssüflər olsun ki, bir müddət sonra ailədaxili münasibətlər pisləşməyə başlayıb və 16.02.2016-cı il tarixində Vəliyevlərin bağladıqları nigah onların müraciətinə əsasən Suraxanı rayon Məhkəməsinin qərarı ilə pozulub. Əlbəttə ki, bütün problemlər də bundan sonra başlayıb.

Ailəsinin dağılmasına görə müəyyən psixoloji gərginlik yaşayan Mədinə Vəliyeva daha çox qızlarını stress keçirməkdən qorumaq məqsədilə, bir müddət öz övladları ilə birgə qohumlarının yanında yaşamaq qərarına gəlir.

Amma bu hal təbii ki, uzun müddət davam edə bilməz. Ana və uşaqlar öz evlərinə qayıdanda isə, məlum olur ki, “ata” artıq onların evini satıb! Bundan sonra, Mədinə Vəliyeva Suraxanı rayon Məhkəməsinə müraciət edir və hakim Ceyhun Qədimov da 30 mart 2017-ci il tarixli qiyabi qətnaməsi ilə Mədinənin və uşaqların həmin evə köçürülmələrinə dair qərar verir.

Lakin cəmi bir neçə ay sonra, 07 sentyabr 2017-ci tarixində, artıq bu dəfə Xalid Vəliyevin ərizəsinə əsasən yenə də Suraxanı rayon Məhkəməsində, yenə də hakim Ceyhun Qədimov tərəfindən həmin işə yenidən baxılıb və nəticə olaraq, hakim yeni qərardadla 6 ay əvvəl verdiyi qətnaməni ləğv edib! Hətta Mədinə Vəliyevanın və iki qızının evdən çıxarılmalarına dair qərar da qəbul olunub.

Əlbəttə, biz hakimin qiyabi qətnaməni ləğv etməsinin qanun pozuntusu olduğunu iddia etmirik və belə bir halın hüquqi normalara uyğun olduğunu bilirik. Lakin məsələ bundadır ki, konkret baxdığımız halda məhz ilk verilmiş qətnamə yeganə ədalətli qərar idi.

Suraxanı rayon məhkəməsində qəbul edilmiş sonrakı qərar isə, mahiyyət etibarı ilə ölkə qanunlarından bir neçəsinin pozulmasını nəzərdə tutur.

Məhz eləbu səbəbdən də, bizdə artıq ikinci prosesdə müəyyən korporativ maraqların dövriyyəyə girməsinə dair şübhələr yaranıb.

Bu işin ədalətsizliyi, bir atanın öz övladlarına qarşı bu dərəcədə laqeyd olması və onları faktiki olaraq yaşayış yerlərindən məhrum etməyə çalışması məsələnin mənəvi tərəfidir.

Amma gəlin məhkəmə salonunda yer almış konkret qanun pozuntularını bir qədər diqqətlə nəzərdən keçirək.


İlk növbədə hakim Ceyhun Qədimov verdiyi qərardadla Mədinə Vəliyevanı və onun uşaqlarını daimi yaşayış yerlərindən qanunsuz məhrum etməklə onların Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunmuş hüquqlarını kobud şəkildə pozub.

Belə ki, Konstitusiyanın 43-cü maddəsinin, 1-ci hissəsinə görə, vətəndaş yaşayış yerindən qeyri-qanuni məhrum oluna bilməz.

Baxdığımız halda isə, məhz belə bir vəziyyət müşahidə olunur. Əvvəla, Mədinə Vəliyeva və iki qızı çıxarılmalarına dair qərar verilmiş evdə daimi qeydiyyatdadırlar.

Yəni bu ev onların qanunla təsdiq olunmuş yaşayış yerləridir. Əlbəttə, həmin evin satıldığı təqdirdə sakinlər də evdən çıxmalıdırlar.

Amma məsələ bundadır ki, qanunla heç bir ev orada qeydiyyatda olanların razılığı olmadan ümumiyyətlə satıla bilməz.

Bu məsələnin bir tərəfi. İkinci bir tərəfdən, sözügedən ev dövlət reyestrində qeydiyyata alınmayıb və deməli, onun üzərində Xalid Vəliyevin heç bir mülkiyyət hüququ da yoxdur.

Üçüncü bir tərəfdən isə, yenə də mübahisəli evin dövlət reyestrindən çıxarışı olmadığına görə, bu evlə bağlı heç bir notarial əqd də bağlana bilməz. Xalid Vəliyev isə, Pirdas Əliyeva adlı bir xanıma həmin bu evi 18 min manata məhz notarial qaydada etibarnamə verməklə satmışdır.

Halbuki, Xalid Vəliyevin bu evi satmağa heç bir qanuni hüququ yoxdur və məhkəmə də Pirdas Əliyevanın həmin evə qarşı bütün iddialarını dərhal rədd etməli idi. Lakin, görünür hakim Ceyhun Qədimov bu işi araşdırarkən tamam başqa meyarlara əsaslanmışdır.

Hətta, hakim Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini belə kobud şəkildə pozduğunun fərqinə varmamışdır.

Həmin Qanunun Uşaq mənafelərinin üstünlüyünu nəzərdə tutan 5-ci maddəsində isə deyilir: “Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır”.

Hesab edirəm ki, bu maddədə nəzərdə tutulan prioritetləri düzgün qiymətləndirə bilmək üçün heç də hüquqşünas olmaq tələb olunmur.

Amma, bəlkə Suraxanı rayon Məhkəməsində fərqli prioritetlər də var..?


P.S. Qeyd edək ki, material dərc olunmamışdan öncə biz hakim Ceyhun Qədimovun da məsələyə münasibətini öyrənmək istədik. Lakin onunla baş tutan telefon danışığımız zamanı Ceyhun müəllim Mədinə Vəliyevaya Apellyasiya Məhkəməsinə müraciət etməyi məsləhət gördü. Bizə isə bildirdi ki, barəmizdə “tədbir görülməsi” üçün Mətbuat Şurasına tapşırıq verəcək.

Hazırladı: İbrahimova Səadət Ağacan qızı
"İqtisadiyat və Kölgə" qəzetinin baş redaktoru
(051 682 06 97)
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR