02 may 16:34Oxunub: 1803 |

DÖVLƏT ƏLEYHİNƏ ÇIXIŞLARI MALİYYƏLƏŞDİRƏN EKS-NAZİRLƏR İFŞA OLUNUR-Faiq ƏHMƏDOVUN TƏQDİMATINDA-I-YAZI

Nazirlər Kabineti Səlim Müslümovun timsalında əvəzolunmaz bir dövlət xadimindən məhrum edilib və onun yerinə isə, bu vəzifənin öhdəsindən gələ biləcəyi şübhə doğuran bir məmur gətirilib
DÖVLƏT ƏLEYHİNƏ ÇIXIŞLARI MALİYYƏLƏŞDİRƏN EKS-NAZİRLƏR İFŞA OLUNUR-Faiq ƏHMƏDOVUN TƏQDİMATINDA-I-YAZI

İnformasiya texnologiyalarının inkişafı və xüsusən də bu texnologiyaların getdikcə hər kəs üçün daha əlçatan olması sözsüz ki, bir çox baxımlardan müsbət hal kimi qiymətləndirilməlidir.

Lakin bir problem var ki, müasir texnologiyalar yalnız informasiyanı daşımaq, yaymaq funksiyasını yerinə yetirir.

Bu informasiyanın dürüstlüyünün, obyektivliyinin təyin olunması üçün isə, təəssüflər olsun ki, hələ müvafiq proqramlar yazılmayıb.

Məhz elə bu məqam da bir çox “şübhəli ünsürlər” üçün kifayət qədər geniş fəaliyyət dairəsinin yaranmasına əlverişli şərait yaradıb.

Təbii ki, belə fəaliyyət ən müxtəlif istiqamətlərdə aparıla və ən müxtəlif məqsədlərə xidmət göstərə bilər.

Yox, mən bilavasitə ifaçıların, təqdimatçıların, təbliğatçıların və sairə icraçıların məqsədlərini nəzərdə tutmuram.

Burada məsələ aydındır. Yəni burada sadəcə “keçəl halva yeyər, puluna minnət” prinsipi işləyir.


Söhbət elektron informasiya vasitələrində ara-sıra yayımlanan arzuolunmaz, bəzən isə, hətta açıq-aşkar zərərli məlumatların sifarişçilərindən gedir.

Xüsusilə də son vaxtlar “YouTube” istifadəçiləri bu servisin səhifələrində ölkəmizə qarşı açıq-aşkar düşmənçilik mövqeyindən hazırlanmış video və audio çıxışların yerləşdirildiyini görə bilirlər.

Əlbəttə ki, öz vətənində şərəflə yaşamaqdansa xarici ölkələrdə sığınacaq axtarmağa üstünlük verən bir neçə həyatından küsmüş “etirazçı”nın səsləndirdiyi fikirlərin nə Avropada, nə də dünyanın hər hansı bir digər nüfuzlu siyasi dairələrində ciddi qəbul olunacağını düşünməyin belə yeri yoxdur.

Digər tərəfdən isə, bu videoyazılar öz-özünə əmələ gəlmir. Kimlərsə bu çıxışları sifariş edir, buna görə müəyyən məbləğlər ödənilir.

Deməli, hər halda bütün bu baş verənlərdə maraqlı olanlar var. Bax elə bu sifarişçilərin kimliklərinin müəyyənləşdirilməsi də əksər hallarda, internet resurslarda yerləşdirilən məlumatların məzmunundan daha böyük maraq kəsb edir.

Dünyanın özü qədər qədim olan bir fikirə görə, gizli düşməni ilk növbədə yaxın ətrafda axtarmaq lazımdır.

Deməli, bu fikirlə razılaşsaq, biz də ölkəmizə və dövlətimizə qarşı hazırlanan iftiraların maliyyə əsaslarını elə Azərbaycanda axtara bilərik.

Çox maraqlıdır ki, bir neçə gün bundan öncə dövlət başçısı tərəfindən ölkənin Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdirildikdən dərhal sonra da “YouTube”da yenidən müəyən canlanma hiss olunmağa başlandı.

Məsələn, bəzi videomateriallarda hökumətin yeni tərkibində artıq yer almamış bəzi sabiqlərin aşkar təbliğatı yer aldı. Buna paralel olaraq da, əksinə, bir çox yeni təyinat almış nazir və agentlik sədrləri barədə aşkar mənfi imic yaradılması istiqamətində addımlar atıldı.

Bu deyilənlərin əyani sübutunu əldə etmək istəyənlər vəzifəyə yeni təyin olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin və onun sələfi, Səlim Müslümovun barəsində “YouTube”da yerləşdirilmiş materialları izləyə bilərlər.

Etiraf edək ki, əslində hər iki şəxs barədə yerləşdirilmiş materiallar onların ümumi tərcümeyi-hallarından, bu günə kimi harada təhsil alıb, hansı vəzifələrdə işləmələri ilə bağlı ümumi məlumatlardan ibarətdir.

Lakin, məsələnin bütün incəliyi bundadır ki, mətni oxuyan şəxs keçmiş və indiki nazir barədə tamamilə fərqli tonlarda, tam fərqli intonasiya ilə çıxış edir.

İstənilən halda, süjeti dinləyən nabələd insanda elə təəssürat yaranır ki, sanki ölkənin Nazirlər Kabineti Səlim Müslümovun timsalında azqala əvəzolunmaz bir dövlət xadimindən məhrum edilib və onun yerinə isə, bu vəzifənin öhdəsindən gələ biləcəyi şübhə doğuran bir məmur gətirilib.

Hər halda materialı hazırlayanların belə bir təəssürat yaratmaq üçün kifayət qədər səy

göstərdikləri dərhal nəzərə çarpır. Təbii ki, bu da ilk növbədə dövlət başçımızın ölkədə həyata keçirdiyi kadr siyasətinin əksinə yönəlmiş bir kampaniyadır.

Belə olduqda, yenə də ortaya bu kimi kampaniyaların məhz hansı mənbələrdən maliyyələşdirildikləri barədə sual çıxır.

Və əlbəttə ki, belə bir sual ətrafında hər hansı araşdırma aparan, ya da ən azından bu barədə sadəcə düşünən hər bir kəsin diqqətini mətbuat səhifələrində növbəti mənimsəmə hallarının aşkarlanması barədə yayımlanan yeni məlumatlar da cəlb etməyə bilməz.

Bu mövzuda KİV-də dərc olunmuş ən son açıqlamalarda isə, bu dəfə də 2 milyard manat civarında mənimsəmələrin yer aldığına dair iddialar əks olunmaqdadır.

Ən maraqlısı isə budur ki, bu mənimsəmələrdə ittiham olunan şəxs kimi də məhz keçmiş nazir Səlim Müslümovun adı hallandırılır...(ardı var)

Hazırladı: Faiq ƏHMƏDOV, "Azərbaycanın Səsi" İB-in sədri, "Müstəqil Lider" jurnalının baş redaktoru
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə