02 may 12:10Oxunub: 156 |

Ronaldo Maldininin rekordunu təkrarladı

Ronaldo Maldininin rekordunu təkrarladı
İspaniya çempionu "Real”ın UEFA Çempionlar Liqasının yarımfinalında Almaniyanın "Bavariya” klubunu mübarizədən kənarlaşdırmaqla (2:2, ilk oyun 2:1) finala yüksəlməsi Madrid təmsilçisinin ulduz futbolçusu Kristiano Ronaldo üçün də əlamətdar olub.

Emtv.az xəbər verir ki, portuqaliyalı futbolçu "Milan”ın sabiq müdafiəçisi Paolo Maldininin rekordunu təkrarlayıb. Belə ki, italiyalı futbolçu 6 dəfə qitənin ən nüfuzlu klub turnirində final oynayıb. Artıq Ronaldo da bu baxımdan ona çatıb. Sadəcə, Maldini həmin finalların hamısında "Milan”ın şərəfini qoruyub. Ronaldo isə ÇL-in finalında iki dəfə (2008 və 2009-cu illərdə) İngiltərənin "Mançester Yunayted” klubunun formasını geyinib. Sonrakı finallarda isə (2014, 2016, 2017, 2018) artıq "Real”ın şərəfini qoruyub.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə