SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Texniki Kollecində Heydər Əliyev lektoriyasının məşğələsi keçirilib

1-05-2018, 14:12 | Oxunub: 10 716 |

Naxçıvan Dövlət Texniki Kollecində Heydər Əliyev lektoriyasının məşğələsi keçirilib
Emtv.az naxcivantv.az-a istinadən xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda çıxış edib.

1991-ci ilin oktyabrında müstəqillik qazanan Azərbaycan üçün Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. 1993-cü ildə xalqın təkidli dəvəti ilə Naxçıvandan Bakıya gedən Ulu öndər qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Ölkəni sabit inkişaf yolu qoymaq üçün əlindən gələni edib.

Vurğulandı ki, ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tarix, etnoqrafiya və arxeologiya institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev fenomen şəxsiyyət Heydər Əliyevin səmərəli fəaliyyəti barədə danışıb və onun gördüyü işlərin haqqında danışmağın hər kəsin borcu olduğunu vurğulayıb. Çünki, məhz o uzaqgörən insanın siyasəti nəticəsində bu gün sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, iqtisadi , idman və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.

Naxçıvan Dövlət Texniki Kollecində Heydər Əliyev lektoriyasının məşğələsi keçirilib


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR