SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Barda qıza görə cinayət törədən şəxs: "Dözə bilmədim"

1-05-2018, 13:43 | Oxunub: 5 343 |

Barda qıza görə cinayət törədən şəxs: "Dözə bilmədim"
Barda qıza sataşan oğlanın başından ağır xəsarət yetirməkdə təqsirləndirilən İslam Yusifovun məhkəməsi keçirilib.

Emtv.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İ.Yusifov ittiham üzrə özünün təqsirli bilib: “Elnarə ilə klubda tanış olmuşduq, orada işləyirdi. Onu əvvəldən tanımırdım. Ailəmi rayona göndərmişdim, özüm də gecə kluba getdim. içkili idim, Elnarə də içkili idi. Orda Kamil bir neçə dəfə qıza yaxınlaşdı, qız ona, necə deyərlər, "otval" verdi. Buna əsəbləşən Kamil qızı narahat eləməyə başladı. Mənə xoş gəlmədi. Çünki qız mənlə idi. Yaxınlaşıb Kamilə dedim, bu nə hərəkətdir edirsən?! O da məni söydü, mübahisə etdik, sonra aralaşdıq. Mən onu vurmaq istəmirdim, böyük bir səbəb də yox idi. Kamillə barışmışıq".

Zərərçəkmiş prosesdə deyib ki, İslam Yusifova qarşı heç bir şikayət və tələbi yoxdur: "Qıza cəmi bir dəfə yaxınlaşdım. Klubda qızla bağlı mənə hər hansı bir irad bildirilmədi. Orada öz aramızda mübahisəmiz düşdü, sonra sakitləşdik. Səhərə yaxın saat 5-də evə getdim. İçkili idim deyə biraz binanın həyətində dayandım. Siqaret çəkəndə kimsə arxadan vurdu, nə ilə vurduğunu da görmədim. Məni İslamın vurduğunu da görmədim. Sadəcə, istintaqda dedim ki, hadisədən əvvəl klubda bir oğlanla mübahisəmiz düşmüşdü".

Proses mayın 8-də davam edəcək.

Qeyd edək ki, hadisə bu il paytaxtın Nizami rayonunda baş verib. İslam Yusifov gecə saatlarında "Siyah-beyaz" gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb. K. Cəlilov bir dəfə qızın yaxasından tutduğu üçün İ. Yusifov ona yaxınlaşaraq iradını bildirib. Aralarında olan mübahisədən sonra o, Kamili izləyib və Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb və döyüb. Nəticədə K. Cəlilov baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs kimi saxlanılan İslam Yusifov cinayət əməlini etiraf edib. Ona Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR