SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Sınaq imtahanlarının nəticələri 2 günə elan olunacaq

30-04-2018, 13:50 | Oxunub: 1176 |

Sınaq imtahanlarının nəticələri 2 günə elan olunacaq
Dövlət İmtahan Mərkəzi (DİM) 29 apreldə keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

DİM-dən verilən məlumata görə, test tapşırıqlarının doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq olar.


Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək mümklündür.

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR