SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

59 yaşlı Oğuz sakini Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək diləyir!

30-04-2018, 13:11 | Oxunub: 10 766 |

İnanıram ki, mənim ikinci dəfə, yenidən həyata qayıtmağıma öz köməkliyinizi əsirgəməyəcəksiniz.


59 yaşlı Oğuz sakini Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək diləyir!

Emtv.az xəbər verir ki, redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən 59 yaşlı Oğuz rayon sakini Bəkirova Sədayə Nuru qızı bildirir ki, o, ağır şəkər xəstəsi olmaqla bərabər, üstəlik də bu yaxınlarda 3-cü dərəcəli ağır ürək infarktı keçirmişdir.

Bunun nəticəsində isə, Sədayə Bəkirovanın həyatı üçün ciddi təhlükə yaranmışdır.

59 yaşlı Oğuz sakini Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək diləyir!

Ərizəçinin sözlərinə görə, onun hazırda müalicə aldığı Mirqasımov adına Respublika Mərkəzi Klinik xəstəxanasının həkimləri təcili keçirilməli olan əməliyyata görə ondan 3000 manat pul tələb edirlər.

Sədayə xanımın ailəsinin isə, bu pulu verməyə imkanı yoxdur. Bu səbəbdən də, Sədayə Bəkirova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qalıb.

Ölkənin Birinci vitse-prezidentinə ünvanlanan müraciətdə deyilir:

“Çox hörmətli Mehriban xanım Əliyeva!


Bildirmək istəyirəm ki, mən ağır formada ürək infarktı keçirmişəm və hazırda Bakı şəhərində, Mirqasımov adına Respublika Mərkəzi Klinik xəstəxanasında müalicə alıram.

Həkimlər bildirirlər ki, təcili olaraq ürək əməliyyatı olunmalıyam və ürəyimə “stend” qoyulmalıdır. Bunun üçün isə, məndən həkimlər 2500-3000 manat civarında pul tələb edirlər.

Mənimsə ailəmdə belə imkan yoxdur.

Bununla əlaqədar bütün yuxarı instansiyalara yəni ki, Oğuz RİH-nin rəhbərliyinə, səhiyə şöbəsinə, rayonun baş həkiminə və şəxsən respubilkanın Səhiyyə naziri cənab Oktay Şirəliyevə dəfələrlə teleqram vuraraq, müraciətlər göndərmişik. Lakin bu günə kimi heç bir nəticəsi yoxdur.

Həkimlərin deməyinə görə isə, mənim elə də çox vaxtım qalmayıb. Yəni təcili əməliyyat olunmasam, bu xəstəlik mənim həyatıma son qoya bilər.

Çox hörmətli Mehriban xanım!


Sizdən xahiş edirəm ki, mənim müəlicəmə lazım olan məbləğin həkimlərə verilərək mənim əməliyyat olunmağıma köməklik göstərəsiniz.

Mən bilirəm ki, yalnız Siz müvafiq göstəriş versəniz bu məsələ dərhal yerində öz həllini tapacaq.

Həkimlər bildirilər ki, əməliyyat olunub yenidən həyata qayıtmaq imkanı əldə etmək üçün mənim cəmi bir həftə vaxtım qalıb.

Mən 59 yaşında 3 övlad anasıyam. Yoldaşım Bəkirov Raqif Abdulhəmid oğlu 65 yaşı olmasına baxmyaraq, 1991-1993-cü illərdə hərbi vertolyotçu kimi Qarabağ döyüşlərinin aktiv iştirakçılarından olub və hal-hazırda təqaüdçüdür.

Eyni zamanda da kiçik oğlum hərbiçi olaraq, atasının tutduğu yolu davam etdirir.

Sizə əvvəlcədən öz adımdan və bütün ailəmiz adından təşəkkür edirəm!

İnanıram ki, mənim ikinci dəfə, yenidən həyata qayıtmağıma öz köməkliyinizi əsirgəməyəcəksiniz.

İmza: Azərbaycan Respublikası, Oğuz rayonu, Babək küçəsi, ev 30 ünvanında yaşayan Bəkirova Sədayə Nuru qızı”.

Əlaqə teli: 055-947-90-00; 070-497-90-00

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR