27 apr 16:49Oxunub: 1481 |

“Əşir Səmədovçu”lar Abşeron Rayon Məhkəməsini şəxsi biznes obyektinə çeviriblər

Məhkəmə Hüquq Şurasının rəhbərliyi və Abşeron rayon Məhkəməsinin yeni sədri Elçin Kazımov həmin hakimin fəaliyyətinin daha dərindən araşdırılmasına qərar verəcəklər.
“Əşir Səmədovçu”lar Abşeron Rayon Məhkəməsini şəxsi biznes obyektinə çeviriblər
“Əşir Səmədovçu”lar Abşeron Rayon Məhkəməsini şəxsi biznes obyektinə çeviriblər

İndi isə, adl bir vaxtlar həmin məhkəmənin keçmiş sədri ilə yanaşı məşhur “60 minlik qalmaqal”da hallanan bir hakim tanınmış jurnalistin sənədli, çıxarışlı evini 5000 manata başqasına hədiyyə etmək qərarına gəlib...

Emtv.az xəbər verir ki, nə qədər inandırıcı səslənməsə də, bu həqiqətən də az müddət əvvəl Abşeron rayon Məhkəməsinin praktikasında baş vermiş bir haldır.

Təsəvvür edin ki, sözü gedən evin də, onun üzərində yerləşdiyi torpağın da bütün tələb olunan qanuni sənədləri var.

Hətta ev özəlləşdirilib də.

Sadəcə olaraq, müəyyən bir müddət həmin evin sahibi orada yaşamayıb. Qonşu da, eləmə tənbəllik, gəlib həmin bu bizim hakimin yanına ki, al bu 5000 manatı, qonşumun həyətinin mənə məxsus olduğu barədə qərar çıxar.

Əslində belə məqamda həmin “iddiaçı”ya psixiatra müraciət etməsi tövsiyyə olunmalı idi. Ən azından “iddiaçı”nın iddiası rədd edilməli idi.

Amma görünür hakimin də pula böyük ehtiyacı olub. Olub ki, həmin pulu alıb, qanunsuz qərarı da çıxarıb.

Hələ qanunsuz qərar çıxarmağı cəhənnəm, bir həyasız-həyasız da ev sahiblərini bayıra ötürməkdən ötəri mənzilin üzərinə də “həbs” qoyub. Deyirəm həyasızlığın dərəcəsinə baxın e, bu üzünün suyu tökülmüş “hakim”də...

Öz aramızdır, eşitdiyimizə görə bu hakimin pula hər zaman böyük ehtiyacı olur. Hər halda bu barədə növbəti yazımızda daha ətraflı açıqlamalar təqdim edəcəyik.


Həmin açıqlamalarda bu hakimin 60 min manata hansı xainin xaricə qaçıb getməsinə şərait yaratdığı da, Ali Məhkəmənin qərarına necə zidd qərar verməsi də, sonda öz verdiyi qərarı gecəynən özünün necə ləğv etməsi də öz əksini tapacaq.

Ümid edirik, bütün bu faktlarla tanış olduqdan sonra Məhkəmə Hüquq Şurasının rəhbərliyi də, Abşeron rayon Məhkəməsinin yeni sədri cənab Elçin Kazımov da həmin hakimin fəaliyyətinin daha dərindən araşdırılmasına qərar verəcəklər.

Heç şübhəsiz araşdırmalar bu hakimin yol verdiyi daha ciddi qanun pozuntularını üzə çıxaracaq.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə