SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistanda fövqəlada vəziyyət elan olunub

27-04-2018, 12:29 | Oxunub: 9 239 |

Ermənistanda fövqəlada vəziyyət elan olunub
Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. İşğalçı ölkədə fövqəlada vəziyyət elan olunub.

Emtv.az xəbər verir ki,Ermənistanın baş nazirliyindən 4 gün əvvəl istefa verən Serj Sarkisyan aprelin 26-da hakim partiyadakı postunu da itirdi. Artıq siyasi təşkilatda yeni sədr məsələsi müzakirə olunur. Ermənistanda istefa verən nazirlərin sayı isə 4-ə çatıb. Həmçinin, Şirak və Araqatsotn vilayətlərinin qubernatorları Artur Xaçatryan və Aşot Simonyan da istefa qərarlarını açıqlayıblar. Ölkənin müvəqqəti baş naziri Karen Karapetyan isə ölkədə fövqəladə vəziyyət elan edib. Parlamentdə təmsil olunan Sarukyan blokunun üzvü Naira Zöhrabyan bildirib ki, vəziyyət kifayət qədər gərgindir. Yaranmış siyasi böhran tezliklə aradan qaldırılmasa Ermənistan uzun müddət bundan əziyyət çəkəcək. Müxalifətin lideri Nikol Paşinyan isə bildirib ki, İrəvanın mərkəzi küçələrində aksiyaçılara qarşı müəyyən qüvvələr tərəfindən təxribatlar törədilir. Paytaxtda çoxlu sayda nömrəsiz avtomobillər peyda olub. Maşınlar yol hərəkəti qaydalarını pozur, insanların üstünə sürülür, bilərəkdən təhlükəli vəziyyət yaradır. Nikol Paşinyan etirazçıları İrəvanda küçələri bağlamağı müvəqqəti olaraq dayandırmağa çağırıb. Buna rəğmən etirazçılar İrəvandakı yolların bir hissəsini hələ də bağlı vəziyyətdə saxlayırlar. Etirazçılar Paşinyana səslənərək, onun heç bir kəslə əməkdaşlıq etməməsini istəyiblər. Nikol Paşinyan isə bildirib ki, hədəfə çatmağa çox az qalıb. “Respublika” partiyası ona baş nazir olmağa imkan verməyənədək etirazlar daha da böyüyəcək. “Artıq nə hakimiyyət, nə də hökumət var. Rejim elə bilirdi ki, Sarkisyanın istefası ilə hər şey bitəcək. Əsla. Ermənistan vətəndaşları bu qruplaşmanın hakimiyyətdə olduğu dövrdə kifayət qədər əzilib. Artıq buna son qoyuldu”. Sitatın sonu. Nikol Paşinyan Ermənistan baş nazirinin vəzifələrini icra edən Karen Karapetyanı danışıqlara dəvət edib. O, bu barədə Respublika meydanında keçirilən mitinqdə bildirib. Paşinyanın sözlərinə görə, danışıqlar jurnalistlərin iştirakı ilə keçirilməlidir. “Biz hakimiyyətlə bağlı danışıqları bağlı qapılar arxasında aparmayacağıq” - deyə müxalifət lideri qeyd edib. Avropa erməniləri konqresinin üzvlərindən biri Ovanes İşxanyan isə Paşinyanın çıxışlarına cavab olaraq bildirib ki, bu hələ son deyil. Ölkəni daha çətin günlər gözləyir. Hazırda Ermənistanda sağlam düşüncəli bir qüvvə yoxdur. Ona görə də xaotik vəziyyətin yaranması gözləniləndir. Artıq ölkədəki qarışıq vəziyyətdən istifadə edən bir qrup məhkum Nubaraşen təcridxanasından qaçmağa cəhd göstərib. Fakta bağlı cinayət işinin açıldığı bildirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR