SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər – Onlar kimlərdir…

27-04-2018, 11:24 | Oxunub: 8 997 |

Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər – Onlar kimlərdir…
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun 4 müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov və Hacıbala Abutalıbov.

Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.


İndi isə yenilənmiş tərkibdə 2 müavin postu boş qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.

Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibinə daxil olan Milli Arxiv İdarəsinin rəisi və Prezidentin sərəncamı ilə yeni yaradılan iki qurumun – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinin sədri postlarına da yeni təyinatlar olacaq.

Mətbuata daxil olan məlumata görə, boş qalan vəzifələrə təyinat zamanı yenidən Milli Məclisin deputatlarından istifadə oluna bilər. Yəni, daha bir neçə millət vəkilinin yeni vəzifəyə təyinatına şahidlik edə bilərik.

Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər – Onlar kimlərdir…

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı məsələ ilə bağlı açıqlama verib.

Deputat bildirib ki, ölkə başçısı müvafiq zamanda Nazirlər Kabinetində boş qalan yerlərlə bağlı münasibətini ifadə edəcək.

“Ola bilsin ki, Baş nazirin müavinləri ştatı ixtisara da düşə bilər, əksinə, iki yeni təyinat da gerşəkləşə bilər. Həmin postlara təyinatın olub-olmaması ölkə başçısının müstəsna səlahiyyətidir”.

Fəzail Ağamalı təyinat gözlənilən vəzifələrə Milli Məclisin deputatlarının aparıla biləcəyini mümkün sayır.

“Milli Məclisin deputatlarının icra strukturlarına təyin olunması heç kim tərəfindən gözlənilmirdi. Cənab prezident bu addımları ilə cəmiyyətimiz üçün bir sürpriz etdi. Seçimi də çox doğrudur. Çünki Milli Məclis siyasi məktəbdir. Vəzifəyə təyinatı alan keçmiş həmkarlarım bu postlara layiqli insanlardır. Əminəm ki, onlar təyinat aldığı vəzifələrdə də cənab prezidentin etimadını doğruldacaq, layiqli dövlət məmuru kimi cəmiyyətdə nüfuz qazanacaqlar. Bundan sonra da bu və ya digər yerlərə, icra strukturlarının müxtəlif pillələrinə təyinat zamanı yenə də Milli Məclisin üzvlərindən kimlərsə aparıla bilər. Hesab edirəm ki, bu, mümkün variantlardan biridir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR