25 apr 14:18Oxunub: 185 |

İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı

İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

Emtv.az-ın məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 3483
XƏBƏR LENTİ

Reklam
Məzənnə