SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Hüseyn Abdullayevin həbsi ilə bağlı - ŞOK DETALLAR

25-04-2018, 11:51 | Oxunub: 9 632 |

Hüseyn Abdullayevin həbsi ilə bağlı - ŞOK DETALLAR
Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, "Quska” ləqəbli Hüseyn Abdullayev yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu haqda onun vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil deyib ki, müvəkkili Azərbaycana gətiriləndən sonra istintaq hərəkətləri gerçəkləşdirilməyə başlayıb. Onu vergi cinayətləri ilə bağlı sorğu-sual edirlər. Hüseyn Abdullayev barəsində 6 il əvvəl, 2012-ci ildə Cinayət Məcəlləsinin 213-cü - külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt sabiq deputat ölkədən qaçdığı üçün barəsində həbsli axtarış elan olunmuşdu. Onu bir müddət beynəlxalq polis təşkilatı - İnterpol xətti ilə də bütün dünyada axtarırdılar. Sonradan Hüseyn Abdullayevin adı beynəlxalq polis təşkilatının axtarış siyahılarından çıxarıldı.

Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirdən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb. Əldə olunan məlumatlarda deyilir ki, H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir.

Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Ağdəniz sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki "kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər.

O zamana qədər ki, Avropada yeni peyda olan "söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı "kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki, Avropadakı "söyüş müxalifəti”ni də, Əli Kərimlinin Avropa ölkələrindəki qruplarını da "Quska” ləqəbli Hüseyn Abdullayev üzərindən maliyyələşdirir və koordinasiya edirlər. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş. Musavat.com belə məlumat əldə edib ki, hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.

Hüseyn Abdullayevin Türkiyədə həbs olunması təfərrüatları da maraqlıdır. Bəziləri istintaq sirri olduğu üçün bunu açıqlamırıq. Lakin onu bildirək ki, H.Abdullayev çox "məşhur” əyləncə mərkəzlərindən birində həbs olunub. Həmin yer Türkiyənin çox ünlü ticarət mərkəzi kompleksi nəzdindədir. Həmin nəhəng kompleksin üstü isə yaşayış binalarıdır və orada H. Abdullayevin mənzili var. Azərbaycan istintaq orqanlarının, Türkiyədəki həmkarları ilə bərabər keçirtdiyi əməliyyat 3 gün çəkib və nəticədə H.Abdullayevi məhz qeyri-iş günündə saxlayıb, Bakıya gətirmək qərara alınıb. İddialara görə, bunu özünün də səbəbi var: "Filan səfirlik həmin gün işləmir və bu səbəbdən də adamları olan ”Quska"nın yardımına yetişə bilməzdi"...

Mənbə əmindir ki, Hüseyn Abdullayev çox tezliklə ötəcək: "Bundan əvvəl, qısamüddətli həbsi dönəmində o, özünü çox biabırçı aparıb. Ağlayır, yalvarır, saatlarla qışqırır, kömək istəyirdi. Belə adamların bərkdə əli yoxdur və tezliklə Hüseyn Abdullayev istintaqla əməkdaşlığa gedəcək”... Bu da o deməkdir ki, indiki hakimiyyətin müəyyən eşelonunda yer alan bəzi məmurların, eləcə də iqtidardan uzaqlaşdırılan bir sıra oliqarxların "başları” gedəcək. Onlardan biri də sabiq təhlükəsizlik naziri Eldar Mahmudovdur.

Eldar Mahmudov hələ nazir olarkən H.Abdullayevin əsas kuratoru olub. Sirr deyil ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentə Eldar Mahmudovun siyahısı üzrə düşə bilmişdi. Onun parlamentdə hakimiyyətin qüdrətli məmurlarına qarşı məlum çıxışlarının tezislərinin də Mahmudovun nazirliyində hazırlandığı iddia olunur. 2007-ci ildə həbsindən sonra onun "yüngül srok”la azadlığa buraxılmasında da bu gün kuratoru kimi adıçəkilən Eldar Mahmudovun birbaşa rolu olub. Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır.

Digər bir məlumata görə, Hüseyn Abdullayev xaricdə olan narazı elektoratla da yaxınlıq etmək, onlara maliyyə dəstəyi vermək kimi hərəkətləri konkret tapşırıqla icra edib (O, maliyyə dəstəyi verən həmin kəsimi özünün çevrəsində "çuşka” adlandırıb, onların bir işə yaramadıqlarını deməkdən də çəkinməyib). Bakıda ona kuratorluq edən Eldar Mahmudovla Almaniyada 2014-cü ilin sonlarında görüşməsi də bir faktdır. Eldar Mahmudov hələ vəzifədə olarkən Hüseyn Abdullayevlə Almaniyada görüşüb müzakirələr aparıb, narazı qüvvələrlə iş aparılması ətrafında fikir mübadiləsində bulunub. Mümkündür ki, Eldar Mahmudovun da adı Hüseyn Abdullayevin cinayət işi üzrə fiqurantlar sırasında çəkiləcək...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR