SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Novruz Məmmədovun baş nazir kimi ilk açıqlaması – Yenilənib

21-04-2018, 12:26 | Oxunub: 9 041 |

Novruz Məmmədovun baş nazir kimi ilk açıqlaması – Yenilənib

Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyur.

Emtv.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın yeni baş naziri vəzifəsinə namizədliyi Milli Məclisdə təsdiq olunan Novruz Məmmədov bu gün parlamentdə çıxışı zamanı deyib.

N.Məmmədov deyib: “Mən bu etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Bəlkə də tarixdə dünyada gedən proseslərdə bu günki qədər gərginlik olmayıb. Belə bir vəziyyətdə mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanda sabitliyin, təhlükəsizliyin, dinamik inkişafın davamı bizim hər birimizin qarşısına çox böyük vəzifələr qoyur. Mən çalışacam ki, üzərimə qoyulan bu vəzifənin icrası üçün Azərbaycanın dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində əlimdən gələni edim”.
***
Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır.

APA-nın məlumatına görə, bu vəzifəyə Azərvaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədov tərəfindən elan edilib.
***
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.

O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.

Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.

Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR