SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Ermənistandan nüvə komponentləri qaçaqmalçılığı geniş miqyasda təhlükəsizliyə ciddi təhdiddir" - FOTO

20-04-2018, 14:10 | Oxunub: 8 347 |

"Ermənistandan nüvə komponentləri qaçaqmalçılığı geniş miqyasda təhlükəsizliyə ciddi təhdiddir" - FOTO
Aprelin 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Nazir bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir.

NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən nazir Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Ermənistandan nüvə komponentləri qaçaqmalçılığının həyata keçirildiyini qeyd edərək bunun təkcə regionun deyil, eyni zamanda daha geniş miqyasda təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini vurğulayıb.

Ölkəmizin sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını bildirən Müdafiə naziri bəzi xarici ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulduğunu da qonağın diqqətinə çatdırıb.


Öz növbəsində general K.Skaparotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

Qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün Bakıda keçirilməsi üçün göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR