SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan müxalifəti küçələri yük maşınları ilə bağladı – Polis kütləvi həbslərə başladı

20-04-2018, 13:28 | Oxunub: 1437 |

Ermənistan müxalifəti küçələri yük maşınları ilə bağladı – Polis kütləvi həbslərə başladı
Ermənistan müxalifəti şəhərin mərkəzi küçələrini yük maşınları ilə bağlayıblar.

Emtv.az xəbər verir ki, “Çıxış” fraksiyasının sədri Nikol Paşinyan yeni baş nazir seçilmiş Serj Sarkisyana qarşı sutka boyu mitinqlərin keçiriləcəyini bəyan edib. Aksiyalarda hüquq-mühafizə orqanları ilə toqquşmalar müşahidə olunur.

Səhərdən bəri İrəvan küçələrində müxtəlif etiraz qrupları mərkəzləşdirilməmiş aksiyalar keçirir. Yük maşını sürücüləri də maşını yolda qoyaraq aksiyaya qoşulublar.

Son məlumata görə, polis aksiyaçıları kütləvi şəkildə saxlamağa başlayıb. Polis etirazçıları avtobuslara dolduraraq aparır. Hal-hazırda 169 nəfərin saxlandığı bildirilir.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR