SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İtaliya və Macarıstan prezidentləri Azərbaycanın dövlət başçısını təbrik ediblər

18-04-2018, 15:00 | Oxunub: 9 890 |

İtaliya və Macarıstan prezidentləri Azərbaycanın dövlət başçısını təbrik ediblər
İtaliya prezidenti Sergio Mattarella İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Emtv.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm. Əminəm ki, beynəlxalq səviyyədə güclü tərəfdaşlıqda, eləcə də cəmiyyətlərimizin səmərəli əməkdaşlığında təzahür edən, İtaliya ilə Azərbaycan arasında gözəl münasibətlər qarşıdakı illər ərzində də siyasi, iqtisadi və mədəni sahələrdə birmənalı şəkildə inkişaf edəcək və möhkəmlənəcək. Konstruktiv dialoqu ümumi öhdəliyimiz kimi vurğulayaraq və sülh şəraitində birgə yaşamanın qaynaqlandığı dəyərlərə riayət edərək ümumi təhlükəsizliyə olan çoxsaylı çağırışların həlli yollarını müəyyən etmək üçün birgə çalışmalıyıq. Bu əhval-ruhiyyə ilə yaxın zamanlarda Bakıda Sizinlə görüşməyə ümid edir, Sizə cansağlığı və dost Azərbaycan xalqına rifah diləyir, bir daha ən səmimi arzularımı çatdırıram”.

Macarıstan prezidenti Yanoş Ader də İ. Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib: “İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və and içməyiniz münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırım. İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə daim inkişaf etməsi mənə böyük məmnunluq hissi verir. Ümid edirəm ki, əlaqələrimiz daha da dərinləşəcək, ölkələrimizin ümumi maraqlarına və xalqlarımızın rifahına yaxşı xidmət göstərəcək. Sizə ali dövləti vəzifənizdə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR