SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yaponiya baş naziri Azərbaycan prezidentini təbrik edib

18-04-2018, 14:45 | Oxunub: 8 831 |

Yaponiya baş naziri Azərbaycan prezidentini təbrik edib
Yaponiya baş naziri Şinzo Abe İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Emtv.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yaponiya hökuməti, eləcə də Yaponiya xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir və Yaponiya üçün vacib tərəfdaşdır. Yaponiya ilə Azərbaycan bu günə qədər beynəlxalq arenada sıx əməkdaşlıq edərək, ölkələrimiz üçün əlverişli münasibətlərin qurulmasına nail olub. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd edilib, hökumətlərarası dialoq başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası və regionlarda yerli özünüidarə orqanları arasındakı mübadilələr, iqtisadi sahədəki əməkdaşlıq əlaqələri yüksək zirvəyə çatıb. Fürsətdən istifadə edib, bu ilin mart ayında Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin Azərbaycana səfəri zamanı Zati-aliniz tərəfindən qəbul olunduğuna görə təşəkkürümü bildirirəm. Ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da genişlənib inkişaf etməsi üçün böyük potensiala malik olduğuna əminəm. Zati-alinizlə əməkdaşlığı davam etdirərək ölkələrimiz arasındakı bu xoş münasibətləri daha da dərinləşdirmək niyyətindəyəm. Zati-alinizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR