18 apr 13:58Oxunub: 132 |

Donald Tramp və Şinzo Abe Şimali Koreya məsələsini müzakirə ediblər

Donald Tramp və Şinzo Abe Şimali Koreya məsələsini müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Şinzo Abe ilə Şimali Koreya məsələsini müzakirə edib.

Emtv.az xəbər verir ki, D.Tramp Ş.Abeyə Şimali Koreya lideri Kim Çen In ilə gözlənilən görüşdə oğurlanmış yapon vətəndaşları məsələsini qaldırmaq planı barədə də danışıb.

Xəbər verdiyimiz kimi, D.Tramp ilə Ş.Abe arasında ikigünlük danışıqlar ABŞ Prezidentinin Floridadakı şəxsi iqamətgahında başlayıb. Liderlərin yalnız tərcüməçilərin iştirak etdiyi təkbətək görüşündən sonra, məhdud tərkibdə daha bir görüş keçirilib.

İkinci görüş ərəfəsində Ş.Abe deyib ki, o, D.Trampla iqtisadi və həmçinin Şimali Koreya məsələləri ilə bağlı ətraflı müzakirələr aparıb.

ABŞ Prezidenti isə bəyan edib ki, o, Kim Çen In ilə keçiriləcək sammitdə oğurlanmış yaponlar məsələsini də qaldıracaq. D.Tramp vəd edib ki, o Yaponiya üçün müsbət cavabın əldə edilməsi üçün öz tərəfindən lazım olan bütün addımları atacaq.

D.Tramp, həmçinin bildirib ki, Şimali Koreya lideri ilə təşkil ediləcək sammit üçün hazırda beş yer nəzərdən keçirilir. Onun sözlərinə görə, ABŞ Şimali Koreya ilə birbaşa danışıqları “yalnız yüksək səviyyədə” aparır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 5695
XƏBƏR LENTİ

Reklam
Məzənnə