SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kəngərli və Şahbuz rayonlarında növbəti əmək yarmarkaları keçirilib

18-04-2018, 13:55 | Oxunub: 9 531 |

Kəngərli və Şahbuz rayonlarında növbəti əmək yarmarkaları keçirilib
Muxtar respublikanın Kəngərli rayonunda növbəti əmək yarmarkası təşkil olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov çıxış edərək Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd edib.

Rayon icra hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev belə tədbirlərin Kəngərlidə fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib.

Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təşkil edilməsi qarşıda duran əsas vəzifələrdəndir.


Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 8-i özəl müəssisə, 8-i isə dövlət orqanı olmaqla, 16 təşkilatdan 170 boş iş yerinin çıxarıldığı yarmarkada 35 nəfərə işə göndəriş verilib. Müraciət edənlərin 4 nəfəri peşə hazırlıq kurslarına cəlb olunub ki, onlardan da 3-ü gələcəkdə kənd xidmət mərkəzlərində işlə təmin olunacaq. Bundan başqa, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 2 nəfər işə göndəriş alıb.

X X X

Şahbuz rayonunda da əmək yarmarkası təşkil olunub. Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında keçirilən tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək, muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.

Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev çıxış edərək bildirib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, yüzlərlə işaxtaran müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına müraciət edənlərin sayının çox olması onu göstərir ki, işaxtaranlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapmalarına böyük inam var.


Sonda yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 17-si özəl, 14-ü dövlət olmaqla, 31 təşkilatdan 134 boş iş yerinin çıxarıldığı yarmarkada 15 nəfərə işə göndəriş verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR