SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DİM onlara müraciət etdi

18-04-2018, 12:00 | Oxunub: 8 174 |

DİM onlara müraciət etdi
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul edilmiş şəxslərə müraciət edib.

Emtv.az-ın məlumatına görə, mərkəz tərəfindən həyata keçirilən bütün tədbirlərlə bağlı istər yazılı, istərsə də elektron formada vacib məlumatlar təqdim edilir.

Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat əldə etmiş, həmçinin müsabiqə əsasında dövlət qulluğuna qəbul olmuş şəxslər dövlət qulluğuna qəbul ilə əlaqədar mərkəzin saytı vasitəsilə avtomatik yenilənmə rejimində fəaliyyət göstərən aşağıdakı elektron xidmətlərə xüsusilə fikir verməlidirlər.

Bu xidmətlərdən birincisi "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat əldə edənlər barədə məlumat axtarış sistemi”dir.

DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ayda bir dəfə dövlət qulluğuna qəbul imtahanı keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər
.

DİM tərəfindən indiyə qədər keçirilən dövlət qulluğuna qəbul imtahanlarının nəticələrinə əsasən, 1515 namizəd sertifikat əldə edib. Hər bir namizəd, vətəndaş, araşdırma aparmaq istəyən ekspertlər, KİV nümayəndələri DİM-in saytına daxil olmaqla daim yenilənən rejimdə fəaliyyət göstərən "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat əldə etmiş şəxslər üzrə axtarış” sistemi vasitəsilə sertifikat əldə edənlərin siyahısı ilə tanış ola bilərlər. Sistemin bir neçə parametr üzrə (ad, soyad, vəzifə qrupu, sertifikat və s.) axtarış imkanları mövcuddur. Siz vəzifə qrupu, eləcə də sertifikatın növünü seçməklə avtomatik olaraq həmin sertifikata malik şəxslərin siyahısını əldə edə bilərsiniz.

DİM-in digər əhəmiyyətli elektron xidmətlərindən biri də "Sertifikat əldə edərək müsahibədən keçmiş və dövlət qulluğuna qəbul edilmiş şəxslər haqqında Dövlət qulluqçularının Reyestri üzrə statistik məlumat”ların təqdim edilməsidir. Burada olan statistik göstəricilər dövlət orqanları tərəfindən reyestrə daxil edilmiş cari məlumatları əks etdirir. Belə ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün dövlət orqanın rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin edir. Vakant dövlət qulluğu vəzifəsinə təyin olunmaqla bağlı əmr imzalandıqdan sonra namizəd haqqında məlumatlar mütləq dövlət qulluqçularının reyestrinə daxil olunmalıdır. Bu məsələdə namizədlər özləri də diqqətli olmalı və onlar haqqında məlumatın qeyd olunan xidmət vasitəsilə reyestrə daxil olub-olmadığını yoxlamalıdırlar.

Sizlərə təqdim olunan hər iki elektron xidmətin məqsədi yuxarıda qeyd olunduğu kimi şəffaflığın təmin edilməsi, lazımi məlumatların vaxtında ictimaiyyətə təqdim olunması, onların açıq və əlçatan olmasıdır.

Bu xidmətlərlə siz mərkəzin saytının "Aktual istiqamətlər” > "Dövlət qulluğu” bölməsində ”tanış ola bilərsiniz.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR