18 apr 10:35Oxunub: 139 |

Sarkisyanın iqamətgahı önündə kütləvi aksiya başladı - VİDEO

Sarkisyanın iqamətgahı önündə kütləvi aksiya başladı - VİDEO
Ermənistanda parlamentin üzvü Nikol Paşinyanın liderliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən nümayişçilər hökumət başçısının iqamətgahı önünə toplaşıblar.

Emtv.az "news.am”a istinadən verdiyi məlumata görə, Nikol Paşinyan iqamətgahın blokadaya alınacağını elan edib. İqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşının olduğu bildirilir.


N. Paşinyan çıxışında deyib ki, gecə Sers Sarkisyan polis qüvvələrinin və tikanlı məftillərin küçələrdən yığışdırılmasına göstəriş verib: "Çünki mən dünən Respublika meydanında bəyan etmişdim ki, bundan sonra Serj Sarkisyan Ermənistana tikanlı məftillərin arxasından boylanacaq".

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir təyin olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.


Ermənistanda etiraz aksiyaları aprelin 13-dən başlayıb.



Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1238
XƏBƏR LENTİ

Reklam
Məzənnə