SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AMEA-nın Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

17-04-2018, 16:06 | Oxunub: 9 501 |

AMEA-nın Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

Emtv.az azərtac-a istinadən xəbər verir ki, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusuna həsr olunan lektoriyanı AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

O, təbiətin mühafizəsinin bütün dövrlərdə ən vacib məsələlərdən olduğunu bildirib. Qeyd edilib ki, biomüxtəlifliyin zəngin olduğu Azərbaycanda təbiətin mühafizəsi, eləcə də müxtəlif ekoloji problemlərin həllinə göstərilən səylər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə diqqət mərkəzində olub. Digər çıxış edənlər də bildiriblər ki, bu sahəyə aid qanunvericilik bazasının hazırlanması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə ekoloji mühitin saflaşdırılmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarından başlayaraq Naxçıvan Muxtar Respublikasında ətraf mühitə münasibətin dəyişməsi, ekoloji problemlərin davamlı diqqətdə saxlanılması və digər zəruri tədbirlərin həyata keçirilməsi regionda biomüxtəlifliyin təmin olunmasına gətirib çıxarıb. Eyni zamanda muxtar respublika ərazisində milli park, qoruq, yasaqlıqların yaradılması, ova qadağaların tətbiqi nadir və nəsli kəsilməkdə olan növlərin artımına ciddi təsir edib. Muxtar respublikada ümumi yaşıllıqların sahəsi 1991-ci ildə 1 faizə qədər idisə, hazırda bu göstərici 14 faizi ötüb. Fauna və floranın zənginləşdirilməsi istiqamətində görülən tədbirlərin nəticəsidir ki, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə xeyli yüksəlib.

Sonda məşğələ iştirakçılarını maraqlandıran sullara aydınlıq gətirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR