17 apr 11:59Oxunub: 156 |

İki uşaq anası azərbaycanlı qadın Türkiyədə öldürüldü

İki uşaq anası azərbaycanlı qadın Türkiyədə öldürüldü
Türkiyənin Dənizli vilayətinin Pamukkale bölgəsində yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb.

Emtv.az Türkiyə mətbuatlna istinadən xəbər verir ki, 33 yaşlı Türkay İsayevanın meyitini bu gün səhər saatlarında qonşuları tapıb. Qonşular mənzildə meyit olması barədə polisə müraciət ediblər. İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilir. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.


Polis əməkdaşları binadakı təhlükəsizlik kamerasının görüntülərinə baxıb. Binanın sakinləri meyitin tapıldığı mənzildə çox vaxt dava-dalaş olduğunu, orada gecə klublarında işləyən qadınların yaşadığını deyiblər.

Hazırda cinayətin kim tərəfindən törədildiyi və həmin şəxsin saxlanılması istiqamətində iş başladılıb.

İki uşaq anası azərbaycanlı qadın Türkiyədə öldürüldü

İki uşaq anası azərbaycanlı qadın Türkiyədə öldürüldü


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Tanınmış şairə Gulşad Nurani
Tanınmış şairə Gulşad Nurani "Esmamedia TV"-nin yeni ofisində ad gününü qeyd etmişdir-FOTOLAR
Oxunub: 257
XƏBƏR LENTİ

Reklam
Məzənnə