SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda 18 yaşlı gənc yoxa çıxdı

17-04-2018, 10:58 | Oxunub: 315 |

Bakıda 18 yaşlı gənc yoxa çıxdı
Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb.

Emtv.az xəbər verir ki, bu barədə qafqazinfo-ya S. Novruzovun anası Reyhan Novruzova məlumat verib. O qeyd edib ki, aprelin 11-i səhər saat 10-un yarısında oğlu evdən çıxıb: "Həmin gün ərzində oğlumun telefonuna zəng çatsa da, sonradan telefonu söndürülüb. Restoranda ofisiant işləyirdi, amma işdən çıxmışdı.

O, 2000- c il təvəllüdlüdür. Dünən Qobustan qəsəbəsi 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişik. Hələ ki xəbər yoxdur. Onun yolunu gözləyirik. Atası da xəstədir. "Tez-tez Samir hardadır” soruşur və halı pisləşir”.


Qeyd edək ki, S. Novruzovu görənlərdən 0503885586 nömrəsinə zəng etmələri xahiş olunur.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR