16 apr 12:55Oxunub: 218 |

Ali Məclisə yeni şöbə müdiri təyin edildi-SƏRƏNCAM

Ali Məclisə yeni şöbə müdiri təyin edildi-SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 16-da Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Emtv.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ülvi Mötəbər oğlu Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilsin”.

Qeyd edək ki, 2007-ci ildə Naxçıvan Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirən 33 yaşlı Ülvi Hüseynli bundan əvvəl həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Oxunub: 815
XƏBƏR LENTİ

Reklam
Məzənnə