SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ötən üç ayda Naxçıvanın su anbarlarına 183 milyon kubmetr su ehtiyatı yığılıb

16-04-2018, 12:04 | Oxunub: 8 603 |

Ötən üç ayda Naxçıvanın su anbarlarına 183 milyon kubmetr su ehtiyatı yığılıb
Muxtar respublikada meliorasiya və su təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Yaz suvarma mövsümünü mütəşəkkil keçirmək məqsədilə tədbirlər görülüb, nasos stansiyalarında, hidrotexniki qurğularda təmir-bərpa işləri aparılıb, kanallarda, arxlarda, kollektor və drenajlarda lildən təmizləmə və təmir işləri həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən bildirilib ki, 2018-ci ilin birinci rübündə su anbarlarına 183 milyon kubmetr su ehtiyatı yığılıb, 101 kilometr beton və torpaq kanal, 97 kilometr ara arxları, 7 kilometr kollektor lildən təmizlənib, 12 kilometr yeni suvarma və 2 kilometrə yaxın yeni içməli su xətti çəkilib, 5 kəhriz bərpa olunub.

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb və 6280 metr paylayıcı boru xətti çəkilib. Sədərək və Kəngərli rayonlarında 36 hektar torpaq sahəsi əkin üçün yararlı vəziyyətə gətirilib. Həyata keçirilən meliorativ tədbirlər nəticəsində muxtar respublika üzrə 230 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Bundan başqa, torpaqları seldən qorumaq məqsədilə Naxçıvançay və Cəhriçay vadilərində, Qahab və Sirab selovlarında 6 kilometr istiqamətləndirici bənd tikilib.

“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 2018-ci ilin birinci rübündə Şərur rayonunun Yengicə kəndində 4 kilometrə yaxın içməli su xətti, Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 9 kilometr içməli su xətti və 9 kilometr kanalizasiya xətləri çəkilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR