16 apr 11:56Oxunub: 75 |

Bakıda "Porsche”dən 20 min dollar oğurlandı

Bakıda "Porsche”dən 20 min dollar oğurlandı

Bakıda avtomobillərin pəncərəsini sındırıb qızıl zinət əşyası və külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində "Toyota” markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.

Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində "Porche” markalı avtomobildən 20 000 dollar, "Hyundai” markalı avtomobildən isə 670 manat və 2 ədəd eynək oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:
Faiq ƏHMƏDOV: "Esmamedia TV"-i İnternet kanalının yeni studiyasının açılmasında əsas məqsədimiz maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır-FOTOLAR-VİDEO
Oxunub: 431
XƏBƏR LENTİ

Reklam
Məzənnə