SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Oteldə ölən Astan Şahverdiyevlə bağlı – Prokurorluqdan AÇIQLAMA

16-04-2018, 11:48 | Oxunub: 448 |

Oteldə ölən Astan Şahverdiyevlə bağlı – Prokurorluqdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən "Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasın dəyişib.

Emtv.az xəbər verir ki, əsələ ilə bağlı Qusar rayon prokurorluğundan mətbuata verilən məlumata görə, Astan Şahverdiyev həqiqətəndə Qusarın Çiləgir kəndində yerləşən "Chateau” oteldə dünyasını dəyişib. Onun ölməsinə səbəb isə ürək tutmasıdır. Yayılan məlumatlar isə həqiqətə uyğun deyil. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Hadisənin istintaqını aparan müstəntiq mətbuata açıqlamasında vurğulayıb ki, mərhum A.Şahverdiyev haqqında yayınlan məlumatlar yalandır: "Onun ölümü ilə bağlı irəli sürülən versiyaların hamısı əsassızdır. A.Şahverdiyev şənbə və bazar günləri dincəlmək üçün buraya gəlib. Səhər saatlarında özünü narahat hiss edib və bu zaman ürək tutmasından dünyasın dəyişib. Yayılan məlumatlar xalq tərəfindən seçilmiş millət vəkilinə atılmış ləkədir.

Hazırda A.Şahverdiyevin ölümü ilə bağlı araşdırma davam etdirilir”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR