16 apr 11:31Oxunub: 150 |

Ramil Usubov polis rəisini cəzalandırdı, serjantı işdən qovdu

Ramil Usubov polis rəisini cəzalandırdı, serjantı işdən qovdu
Bakıda turistlə bağlı yol verilən qeyri-qanuni hərəkətə görə yol polisi rəisi cəzalandırılıb, polis serjantı isə işdən çıxarılıb.

Emtv.az-ın report-a istinadən xəbərinə görə, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) serjantı (adı açıqlanmır) turistə qarşı etdiyi qanunsuz hərəkətə görə polis orqanlarından xaric edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbail rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevə isə şiddətli töhmət verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında ölkəyə turistlərin cəlb olunmasının vacibliyindən danışıb, turistləri incidənlərin, onlardan əsasız pul tələb edənlərin cəzalandırılacağını bildirib.

Ramil Usubov polis rəisini cəzalandırdı, serjantı işdən qovdu


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:
Faiq ƏHMƏDOV: "Esmamedia TV"-i İnternet kanalının yeni studiyasının açılmasında əsas məqsədimiz maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır-FOTOLAR-VİDEO
Oxunub: 431
XƏBƏR LENTİ

Reklam
Məzənnə